Aİ, ABŞ və Ukrayna liderləri Tramp Putin görüşünə hazırlığı müzakirə ediblər
Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və NATO-nun Baş katibi Mark Rutte “X” sosial şəbəkə hesablarında ABŞ Prezidenti, Ukrayna Prezidenti və bir sıra Avropa liderləri ilə birgə telefon danışığı apardıqlarını açıqlayıblar.
Bu barədə “Report” onların “X”dəki paylaşımlarına istinadən xəbər verir.
Fon der Lyayenin sözlərinə görə, tərəflər Alyaskada keçiriləcək ikitərəfli görüşü müzakirə edib və Ukrayna ilə bağlı Avropa, ABŞ və NATO-nun ümumi mövqeyinin gücləndirilməsini təsdiqləyiblər.
“Biz sıx koordinasiyanı davam etdirəcəyik. Heç kim sülhü bizdən daha çox istəmir - ədalətli və davamlı sülhü”, - o əlavə edib.
Mark Rutte isə qeyd edib ki, müttəfiqlər Ukraynaya qarşı müharibəni dayandırmaq və ədalətli və davamlı sülhə nail olmaq istəyində yekdildirlər. “Trampa liderliyinə və tərəfdaşlarla qarşılıqlı fəaliyyətinə görə minnətdarıq. Top indi Putindədir”, - o bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 13 Avqust 2025 19:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















