Icma.az
close
up
RU
Aİ AliExpress ə rekord cərimə kəsdi: Səbəb təhlükəli məhsulların satışı oldu

Aİ AliExpress ə rekord cərimə kəsdi: Səbəb təhlükəli məhsulların satışı oldu

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Avropa İttifaqı (Aİ) Çinə məxsus onlayn ticarət platforması "AliExpress"i qanunsuz və təhlükəli məhsulların satışının qarşısını lazımi səviyyədə almadığına görə 550 milyon avro məbləğində cərimələyib. Bu, Rəqəmsal Xidmətlər Aktı (Digital Services Act – DSA) çərçivəsində indiyədək tətbiq olunan ən böyük cərimədir.

Qaynarinfo xəbər verir ki, Avropa Komissiyasının məlumatına görə, platformada saxta geyimlər, təhlükəli oyuncaqlar, sağlamlıq üçün risk yaradan kosmetik vasitələr və digər qanunsuz məhsullar uzun müddət satışda qalıb. Araşdırma zamanı müəyyən edilib ki, şirkətin bu cür məhsulları vaxtında aşkar edib platformadan silmək üçün tətbiq etdiyi nəzarət mexanizmləri kifayət qədər effektiv olmayıb.

Avropa Komissiyasının texnoloji suverenlik, təhlükəsizlik və demokratiya üzrə icraçı vitse-prezidenti Henna Virkkunen bildirib ki, onlayn alış-veriş zamanı istehlakçıların saxta və təhlükəli məhsullarla qarşılaşması qaçılmaz hal deyil.

Onun sözlərinə görə, iri platformalar fəaliyyət miqyasını bəhanə gətirə bilməz və istifadəçilərin təhlükəsizliyini təmin etmək üçün riskləri sistemli şəkildə idarə etməlidirlər.

Araşdırma nəticəsində məlum olub ki, "AliExpress"də məhsulların qanunvericiliyə uyğunluğunu yoxlayan əməkdaşların sayı kifayət etməyib. Bəzi hallarda əməkdaşlara məhsulun təhlükəsizlik standartlarına uyğun olub-olmadığını qiymətləndirmək üçün cəmi bir neçə on saniyə vaxt ayrılıb.

Komissiya həmçinin platformanın tövsiyə alqoritmlərinin də qanunsuz məhsulların istifadəçilərə təqdim olunmasına şərait yaratdığını, daxili risk qiymətləndirmə sisteminin isə lazımi səviyyədə işləmədiyini bildirib.

550 milyon avroluq cərimə bundan əvvəl "Temu" platformasına tətbiq olunan 200 milyon avro, eləcə də X sosial şəbəkəsinə kəsilən 120 milyon avroluq cəriməni xeyli üstələyir. Bununla belə, bu məbləğ "AliExpress"in sahibi olan Alibaba şirkətinin ötən il əldə etdiyi gəlirin 1 faizindən də azını təşkil edir. Aİ qanunvericiliyinə əsasən, şirkət qlobal illik dövriyyəsinin 6 faizinə qədər cərimələnə bilərdi.

"AliExpress" qərarla razılaşmadığını açıqlayıb. Şirkət cəriməni qeyri-mütənasib adlandıraraq son illərdə qanunvericiliyə uyğunluğun təmin olunması istiqamətində mühüm addımlar atdığını və qərarla bağlı bütün hüquqi imkanları nəzərdən keçirdiyini bildirib.

Avropa Komissiyası qeyd edib ki, araşdırma iki ildən artıq davam edib və bu müddətdə şirkətə fəaliyyətini Aİ qanunvericiliyinə uyğunlaşdırmaq üçün imkan verilsə də, tələb olunan dəyişikliklər tam həyata keçirilməyib.

Komissiyanın məlumatına görə, yoxlamalar zamanı Aİ qanunvericiliyinə zidd olduğu müəyyən edilən milyonlarla məhsulun platformada yenidən satışa çıxarıldığı, bəzilərinin isə bir aydan çox müddətdə əlçatan qaldığı müəyyən olunub.

Hazırda "AliExpress" Avropa İttifaqında 193 milyon istifadəçi ilə ən böyük onlayn ticarət platforması hesab olunur. Müqayisə üçün, Shein platformasının Aİ-də 156 milyon, Temunun isə 130 milyon istifadəçisi var.

Günay

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:247
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 20 İyul 2026 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see707

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see578

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see325

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see297

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see294

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see284

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see283

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see260

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see257

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see254

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see247

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see245

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see244

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see241

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see240

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see240

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see235

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see221

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see213

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri