Aİ Aspides missiyasını Hörmüz boğazına köçürməyi planlaşdırır
Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Avropa İttifaqı "şərait imkan verdikdə" özünün "Aspides" dəniz missiyasını Qırmızı dənizdən Hörmüz boğazına — onun minalardan təmizlənməsi üçün yenidən yönəltməlidir.
Xalqcebhesi.az xəbər verir ki, "Reuters" agentliyinin verdiyi məlumata görə, bu barədə Aİ-nin diplomatik xidməti tərəfindən hazırlanmış Aİ Şurasının qərar layihəsində deyilir.
Sənədin mətnində qeyd olunur: "Şərait imkan verdikdə, Aİ-nin 'Aspides' dəniz missiyasına Hörmüz boğazının minalardan təmizlənməsində prioritet rol veriləcək ki, bu da Aİ-nin İngiltərə-Fransa koalisiyasının səylərinə töhfəsi olacaq".
Bu, "Aspides" missiyasının Hörmüz boğazına köçürülməsi ilə bağlı ilk hüquqi təklifdir.
Sənədin iyunun ortalarında Brüsseldə keçiriləcək görüşdə Aİ xarici işlər nazirlərinin müzakirəsinə təqdim ediləcəyi gözlənilir.
Məryəm Quliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 03 İyun 2026 16:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















