Aİ Belarusa qarşı maliyyə əməliyyatlarına tam qadağa qoyub
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Avropa İttifaqı (Aİ) 18-ci sanksiyalar paketi çərçivəsində Belarusa qarşı maliyyə xidmətlərinə qismən qadağanı tam əməliyyat qadağasına qədər genişləndirib.
Bakıvaxtı.az-ın Rusiya KİV-inə istinadən verdiyi məlumata görə, bu barədə Aİ Şurasının bəyanatında deyilir.
"Xüsusi maliyyə xidmətlərinə qadağa əməliyyatlara tam qadağaya qədər genişləndirilib. Həmçinin Belarusdan silah idxalına embarqo tətbiq edilir", - məlumatda qeyd olunub.
Sanksiyalar, həmçinin Belarus hərbi-sənaye kompleksi ilə əlaqəli 8 obyektə qarşı tətbiq edilib. Onların adları hələ ki, dəqiqləşdirilmir.
Bəyanatda qeyd olunub ki, Minskə qarşı yeni tədbirlər əvvəllər Rusiyaya qarşı tətbiq edilənlərlə uyğunlaşdırılıb.


