Icma.az
close
up
RU
Aİ də korrupsiya tufanı: Daha hansı adlar gündəmə gələcək?

Aİ də korrupsiya tufanı: Daha hansı adlar gündəmə gələcək?

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

“Avropa İttifaqının korrupsiyalaşmış məmurlarının həbsi ilk növbədə korrupsiyanın vətəninin olmadığını göstərir”.

Bunu politoloq Azər Qasımov Avropa İttifaqının sabiq xarici siyasət rəhbəri Federika Mogerininin Belçika hüquq-mühafizə orqanları tərəfindən fırıldaqçılıq və korrupsiya işi çərçivəsində saxlanılmasından danışarkən Bakıvaxtı.az-a bildirib.

Onun sözlərinə görə, Ukraynada baş verən korrupsiya qalmaqalı fonunda Avropa İttifaqında bu kimi korrupsiya faktlarının olması bir reallığı sübut edir ki, insan amili olan yerdə həmişə tamah və şəxsi maraqlar faktoru olacaq:

"Azərbaycanda vaxtilə bu kimi halları əllərində bayraq edənlərin indi öz qurumlarında fırıldaqçılıq və korrupsiya hallarının olması əslində taleyin acı oyunudur. Çünki bu kimi hallardan heç bir dövlət və ya qurum sığorta olunmayıb. Başqasında günah axtaranların indi özlərinin həmin ittihamlarla günahlandırılması Avropa İttifaqı üçün utancverici haldır”.

Azər Qasımov: Aİ Rusiya ilə gərginlikdə korrupsiyalaşmış kadrları təmizləmək qərarına gəlib

Müsahibimiz qeyd edib ki, hətta Jozef Borelin də adının bu korrupsiya faktında hallanması vəziyyətin hələ davam etdiyini göstərər:

“Amma bu kimi hallar dövrü olaraq təkrarlanır. Avropa liderlərinin, məsələn, Nikola Sarkozinin, Silvio Berluskoninin həbsi buna misaldır. İndiki gərgin məqamda Aİ-nin idarəedici strukturlarında bu əməliyyatların aparılması isə prosesin daha geniş formatda aparıldığını göstərir. Görünən odur ki, Avropa İttifaqı Rusiya ilə hansısa gərgin məqamlara hazırlaşır və idarəetmə struktutlarındakı korrupsiyalaşmış kadrları təmizləmək qərarına gəlib".

Qeyd edək ki, Avropa İttifaqının sabiq xarici siyasət rəhbəri Federika Mogerini Belçika hüquq-mühafizə orqanları tərəfindən fırıldaqçılıq və korrupsiya işi çərçivəsində saxlanılıb. Belçika polisi Avropa Xarici Fəaliyyət Xidməti (EEAS) və onunla bağlantılı bir neçə qurumda genişmiqyaslı axtarışlar aparıb. Axtarışlar zamanı sənədlər, elektron məlumat daşıyıcıları və istintaq üçün əhəmiyyətli materiallar müsadirə edilib. Mogerini ilə yanaşı iş üzrə daha iki nəfər də saxlanılıb. Onların hər üçü Avropa strukturlarında maliyyə və idarəetmə sahəsində vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. İstintaq, əsasən, müxtəlif layihələrə ayrılan vəsaitlərin mənimsənilməsi ehtimalları üzərində cəmlənib. Belçika prokurorluğu bildirib ki, hazırda toplanan istintaq materialları araşdırılır və yeni faktların ortaya çıxacağı istisna edilmir. Qurum həmçinin qeyd edir ki, işi “tam şəffaflıqla və hüquqi prosedurlara uyğun şəkildə” aparmaqda qərarlıdır.

Mütəxəssislər araşdırmanın əsasən, 2021-2022-ci illərdə EEAS tərəfindən elan olunan “EU Diplomatic Academy” proqramı üçün keçirilmiş tenderlə bağlı olduğunu bildirirlər. “College of Europe” həmin tenderin qalibi olmuşdu. İstintaqın ilkin versiyasına görə, tender elan edilməmişdən əvvəl “College of Europe” nümayəndələrinin müsabiqə şərtləri ilə bağlı məxfi məlumatlara çıxışı ola bilərdi. Bu isə Aİ qanunvericiliyinə əsasən, ədalətli rəqabət prinsiplərinin pozulması (“procurement fraud”), korrupsiya və maraqların toqquşması kimi qiymətləndirilir.

Bundan əlavə, məktəbin 2022-ci ildə Brüj şəhərində 3,2 milyon avroya bina satın alması da araşdırılan məqamlardandır. Binanın tenderdən əvvəl alınması və sonradan proqram üçün istifadə olunması qurumun diqqətini çəkib.

Federika Moqerini 2014-2019-cu illərdə Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi olub, daha sonra “College of Europe”nın rektoru təyin edilib. 2025-ci ildə o, ikinci beşillik müddətə yenidən rektor seçilmişdi. Onun saxlanılması Avropa diplomatiyasında ciddi rezonans doğurub. Sabiq ali nümayəndənin adı tender saxtakarlığı və korrupsiya istintaqında keçdiyi üçün bu hadisə həm siyasi, həm institusional baxımdan geniş müzakirələrə səbəb olub. Hələlik adı çəkiləni qurumlar istintaqa dair geniş açıqlama verməyib. Aİ rəsmiləri prosesin davam etdiyini, bütün detalların hüquqi prosedurlara uyğun şəkildə araşdırıldığını bildirirlər. Hadisə Avropa İttifaqında büdcə şəffaflığı, tender mexanizmləri və yüksək vəzifəli şəxslərin məsuliyyəti ilə bağlı sualları yenidən gündəmə gətirib. Ekspertlər hesab edirlər ki, əgər iddialar təsdiqlənsə, bu, Aİ institutlarının içində son illərin ən ciddi korrupsiya qalmaqallarından biri olacaq.

Avropa İttifaqının diplomatik strukturlarında rüşvət iddialarına görə aparılan axtarışlar və həbslər Brüssel üçün son 26 ilin ən böyük qalmaqalına çevrilə bilər. “Politico” nəşrinin məlumatına görə, Avropa İttifaqının diplomatik xidmətinin sabiq rəhbəri Federika Moqerini və qurumun sabiq baş katibi Stefano Sanninoya qarşı işin miqyası yalnız 1999-cu ildə maliyyə fırıldaqları ittihamı ilə Jak Santerin rəhbərlik etdiyi Avropa Komissiyasının kütləvi istefası ilə müqayisə oluna bilər.

Aydın Baxış

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 05 Dekabr 2025 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see214

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see158

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see147

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see132

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri