Icma.az
close
up
RU
Aİ dən mühüm Ukrayna mesajı “Hətta bu halda belə Ukraynanı üzv qəbul edəcəyik”

Aİ dən mühüm Ukrayna mesajı “Hətta bu halda belə Ukraynanı üzv qəbul edəcəyik”

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Rusiyanın Ukraynaya qarşı müharibəsi davam etsə belə, Ukraynanın Avropa Birliyinə qoşulma prosesində irəliləmək üçün real şansı var. 

“AzPolitika” xəbər verir ki, bunu genişlənmə üzrə Avropa komissarı Marta Kos deyib. O vurğulayıb ki, mövcud hərbi əməliyyatlar üzvlük danışıqlarına mane olmur.

Kosun sözlərinə görə, Avropa Komissiyası 2025-ci ilin sonuna qədər bütün danışıqlar klasterlərini açmağa hazırlaşır və bu proses yaxın gələcəkdə başlaya bilər. Xüsusilə, korrupsiyaya qarşı mübarizə, qanunun aliliyi, dövlət satınalmaları və məhkəmə sistemi sahələrini əhatə edən “Əsaslar” adlanan birinci klaster yaxın vaxtlarda açılmalıdır.

"Biz müharibə şəraitindən keçirik və əgər müharibə davam etsə - və mən səmimi olaraq ümid edirəm ki, davam etməyəcək - bu, üzvlük prosesini dayandırmayacaq. Siz öz işinizi görürsünüz. Beləliklə, biz bütün klasterləri aça biləcəyik. Ümid edirəm ki, bu, bu il baş verəcək. Biz hazırıq", - Avropa komissarı bildirib.

Sentyabr-oktyabr aylarına qədər Avropa Komissiyası bütün sahələrdə Ukrayna qanunvericiliyinin yoxlanılmasını başa çatdırmağı planlaşdırır. Kos vurğulayıb ki, Brüssel danışıqlar prosesini sürətləndirmək üçün hər cür səy göstərir, çünki Ukrayna lazımi şərtlərin əhəmiyyətli hissəsini yerinə yetirib.

O, həmçinin Ukraynanın 2030-cu ilə qədər Aİ-yə üzv olacağına əminliyini ifadə edərək, prosesin 2029-cu ildə onun mandatının bitməsinə qədər tamamlanacağına ümid etdiyini bildirib.

Avropa komissarının dediyi kimi, Aİ tarixində ilk dəfədir ki, qurum genişmiqyaslı müharibə vəziyyətində olan ölkə ilə üzvlüklə bağlı danışıqlar aparır. Eyni zamanda, proses Rusiyanın Ukrayna, Moldova və Avropa İttifaqına yönəlmiş aktiv dezinformasiya kampaniyası fonunda baş verir.

"Biz sizin Aİ-yə olan istəklərinizi məhv etməyə yönəlmiş Rusiya təbliğatına qarşı durmalıyıq", - Kos vurğulayıb.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 12 İyul 2025 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri