Aİ enerji qiymətlərinin yüksək olmasından narahatdır
Icma.az, Banco.az portalına istinadən məlumatı açıqlayır.
Müəllif: Tamara Mustafayeva, Banco.az
Aİ enerji qiymətlərinin yüksək olmasından narahatdır.
Banco.az xəbər verir ki, Aİ Komissiyasının sözçülərindən Anna-Kaysa İtkonen Brüsseldə keçirilən gündəlik mətbuat konfransında Yaxın Şərqdə genişlənən münaqişə mühitinin enerji bazarlarına təsiri ilə bağlı sualları cavablandırıb.
İtkonen Yaxın Şərqdəki münaqişənin Avropa İttifaqına təsiri barədə suala belə cavab verib: “Biz enerji təchizatının təhlükəsizliyindən daha çox yüksək enerji qiymətlərindən narahatıq. Bu vəziyyət enerji müstəqilliyimizə və dayanıqlılığımızın gücləndirilməsinə diqqət yetirməyimizin nə qədər vacib olduğunu xatırladan mühüm bir siqnaldır.”
İdxal olunan fosil yanacaqlardan asılılığı azaltmaq və sənaye üçün yeni imkanlar və inkişaf perspektivləri yaratmaq istədiklərini bildirən İtkonen qeyd edib ki, onların əsas prioriteti vətəndaşlar və müəssisələr üçün enerji xərclərini azaltmaqdır.
İtkonen həmçinin vurğulayıb ki, Avropa İttifaqının (Aİ) enerji təchizatını şaxələndirməyə yönəlmiş strategiyaları sayəsində Yaxın Şərqdəki münaqişənin Avropa enerji bazarlarına birbaşa təsiri qısa müddətdə məhdud səviyyədə qalıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:185
Bu xəbər 09 Mart 2026 22:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















