Icma.az
close
up
RU
Aİ Fransanı məhkəməyə verir: tullantıların çeşidlənməsi üzrə sərt qaydalar

Aİ Fransanı məhkəməyə verir: tullantıların çeşidlənməsi üzrə sərt qaydalar

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Avropa Komissiyası Fransanı tullantıların çeşidlənməsi üzrə həddən artıq sərt qaydalarına görə məhkəməyə verəcəyini açıqlayıb. Komissiya hesab edir ki, bu tələblər malların azad hərəkəti prinsipini pozur.

Qaynarinfo xəbər verir ki, bu barədə "Politico” nəşri məlumat yayıb.

Avrokomissiya bu qərarı Fransaya dəfələrlə edilən xəbərdarlıqlardan sonra qəbul edib. Həmin xəbərdarlıqlarda qeyd olunurdu ki, Fransanın tullantıların çeşidlənməsi üçün tətbiq etdiyi məcburi markalanma Avropa İttifaqının vahid bazar qaydalarına uyğun deyil.

Fransa qanunvericiliyinə görə, qablaşdırma, tekstil, telefonlar və hətta bağ alətləri kimi məhsulların istehsalçıları məhsullar üzərində vətəndaşları düzgün utilizasiya barədə məlumatlandırmaq üçün xüsusi markalanma yerləşdirməlidir. 2022-ci ildə tətbiq olunan bu sistem istehlakçılara məhsulun hansı hissəsinin hansı konteynerə atılmalı olduğunu izah edən simvollardan istifadə edir. O vaxtdan bəri Paris və Brüssel bu məsələ ilə bağlı münaqişə vəziyyətindədir.

Brüssel bütün Aİ üzrə markalanma qaydalarının uyğunlaşdırılmasına çalışır. Ötən il Avropa İttifaqı yeni qablaşdırma qaydaları qəbul edib. Bu qaydalara əsasən, Aİ bazarında satışa çıxarılan bütün qablaşdırmalarda istehlakçılar üçün çeşidlənməni asanlaşdırmaq məqsədilə material tərkibi haqqında məlumat verən "uyğunlaşdırılmış etiket” olmalıdır. Lakin bu tələblər yalnız 2028-ci ilin avqustunda qüvvəyə minəcək.

Avropa Komissiyası bildirir ki, Aİ səviyyəsində vahid qaydalar qüvvəyə minənə qədər milli səviyyədə konkret markalanmadan məcburi istifadə "proporsional olmayan” tədbirdir və malların azad dövriyyəsi üçün "maneə” yaradır.

Şirkətlər uzun müddətdir ki, Aİ-yə üzv ölkələrdə tullantı markalanması üzrə müxtəlif milli tələblərin məhsulların satışı üçün xərcləri artırdığını və prosesi çətinləşdirdiyini bildirirlər. Onların sözlərinə görə, hər ölkənin qaydasına uyğun fərqli qablaşdırma tərtib etmək zərurəti biznesi yükləyir.


Alpər

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 22 İyul 2025 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri