Icma.az
close
up
RU
Aİ Gürcüstanda yerli seçkiləri pozmağa çalışır

Aİ Gürcüstanda yerli seçkiləri pozmağa çalışır

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gürcüstanda siyasi atmosfer bələdiyyə seçkiləri yaxınlaşdıqca gərginləşir və vətəndaş cəmiyyəti ilə hakimiyyət arasında qarşıdurma həlledici mərhələyə daxil olur. Prosesin hansı istiqamətdə inkişaf edəcəyi yaxın aylarda aydınlaşacaq. Hazırkı mərhələdə isə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin Avropa İttifaqının (Aİ) Tbilisidəki səfirliyi və onun maliyyələşdirdiyi təşkilatlarla bağlı səsləndirdiyi sərt ittihamlar diqqət çəkir.

Papuaşvili açıq şəkildə bəyan edir ki, Aİ maliyyəsi ilə dəstəklənən qeyri-hökumət təşkilatları 2025-ci ilin oktyabrında keçiriləcək yerli özünüidarəetmə seçkilərinin pozulması üçün fəaliyyətə başlayıblar. Onun sözlərinə görə, bu təşkilatların fəaliyyəti beynəlxalq hüququn pozulmasıdır və məsuliyyət donorların, xüsusilə də Aİ-nin üzərinə düşür.

Buna uyğun olaraq da “Gürcü arzusu” partiyası artıq bəzi xarici diplomatlara və siyasi dairələrə qarşı əvvəlki güzəştli yanaşmanı dayandırıb. Gürcüstan Mərkəzi Seçki Komissiyası da bu kontekstdə ictimaiyyətə açıqlama verərək, ATƏT-in Gürcüstanda 2024-cü il parlament seçkiləri ilə bağlı qəbul etdiyi Porto Bəyannaməsinin seçki administrasiyasını gözdən salmaq üçün istifadə edildiyini bildirib. MSK qeyd edib ki, bəyanatda birbaşa seçki saxtakarlığından söz açılmasa da, media və bəzi təşkilatlar bu sənədi manipulyativ şəkildə təqdim edərək ictimai rəyə təsir etməyə çalışıblar. Vurğulanıb ki, MSK qanuni və bitərəf fəaliyyət göstərən bütün müşahidəçilərlə əməkdaşlığa açıqdır, amma siyasi yönlü çıxışlara qarşı mübarizə aparacaq.

Bu ittihamların fonunda Gürcüstandakı Qərb təmsilçiləri də susmur. ABŞ-ın Gürcüstandakı səfiri Robin Danigan “Gürcü arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvilini ölkənin maraqlarını şəxsi maraqlara qurban verməkdə ittiham edib. Səfirin sözlərinə görə, İvanişvili həm Tramp, həm də Bayden administrasiyası dövründə ABŞ ilə dialoqa girməkdən imtina edib. Bu, diplomatın fikrincə, onun Gürcüstanın milli maraqlarını deyil, şəxsi hesablamalarını üstün tutduğunu göstərir: “Bayden administrasiyası dövründə mən onunla görüş tələb etdim ki, münasibətlərimizi düzgün məcraya qaytarmağın yollarını müzakirə edək, lakin, o, görüşdən imtina etdi. Onun verdiyi rəsmi səbəb sanksiyaya məruz qalması idi. Mən düşünürəm ki, əgər ölkənin de-fakto lideri ABŞ rəhbərliyi ilə görüşmək və ya Tramp administrasiyasından gələn mesajı qəbul etmək istəmirsə, bu, faktiki olaraq şəxsi maraqları milli maraqlarından üstün tutması deməkdir”.

***

Bəli, Gürcüstanda qarşıdan gələn yerli özünüidarəetmə seçkiləri iqtidar–müxalifət mübarizəsinin real meydanı olacaq. Seçkilər ölkənin bütün rayonlarında keçiriləcək və həm mer, həm də sakrebulo üzvləri seçiləcək. Hakim partiyanın bu seçkilərdə iştirakı rəsmi şəkildə bəyan olunub. Müxalifət partiyalarından “Gürcüstan naminə”, “Yeni siyasi mərkəz – Girçi” və “Lelo” da seçkidə iştirak edəcəklərini təsdiqləyiblər. Lakin əsas müxalifət partiyalarından “Vahid milli hərəkat”, “Droa”, “Avropa Gürcüstanı”, “Azadlıq meydanı” və digər partiyalar seçkilərdən imtina etdiklərini açıqlayıblar. Bu isə seçki prosesinin legitimliyi və rəqabətlilik səviyyəsi ilə bağlı əlavə suallar yaradır. Bu, həm də müxalifət daxilində parçalanmadan xəbər verir.

Yada salaq ki, iyunun əvvəlində bələdiyyə seçkilərində iştirak və ya boykot məsələsində müxalifət düşərgəsində ciddi fikir ayrılığı olub. Bu, əvvəlcə adi diskussiyadan başlasa da, tezliklə qarşılıqlı təhqirlərə və siyasi xaosa keçdi. Vahid mövqe qoymaq əvəzinə, parçalanmış, bir-birinə qarşı çıxan qruplar meydana çıxdı, bələdiyyə seçkilərində iştirak etmək istəyən müxalifət partiyaları xəyanətdə ittiham edildi. Bəzilərində istefalar baş verdi. Məsələn, “Lelo–Güclü Gürcüstan” partiyasının yerli özünüidarəetmə orqanlarına seçkilərdə iştirakla bağlı qərar verməsi partiya daxilində istefalara səbəb oldu. Qərarla razılaşmayan, partiyanın aparıcı üzvlərindən olan Saba Buadze, Ana Naçvlişvili və Dea Metreveli siyasi şuradan ayrıldıqlarını açıqladılar. Onlar qərarlarını sosial media vasitəsilə açıqlayaraq ölkədəki mövcud vəziyyətdə seçkilərdə iştirakın heç bir nəticə verməyəcəyini və bu qərarın böyük səhv olduğunu vurğuladılar. Buadze, Naçvlişvili və Metreveli demokratik Gürcüstan üçün mübarizələrini davam etdirəcəklərini bildirdilər.

Maraqlıdır ki, bu arada “Güclü Gürcüstan” koalisiyası sabiq prezident Salome Zurabişvilini Tbilisi meri postuna təklif edib. Blokun liderlərindən biri Aleko Elisaşvili deyib: “Biz kompromislərə hazırıq. Mənim ideal ssenarim altı böyük şəhərdə mübarizə aparmaq, qalanları boykot etmək və vahid namizədlər irəli sürməkdir. Salome Zurabişvili Tbilisidə liderdir və biz onun ətrafındayıq. Gəlin emosiyaları bir kənara qoyub, mübarizə strategiyası üzərində düşünək”.

Göründüyü kimi qarşıdan gələn bələdiyyə seçkisi ilə bağlı müxalifət cəbhəsində parçalanma var.

***

Gözlənilən siyasi fırtınadan əvvəl Gürcüstanda hələlik sakitlik hökm sürür. Son aylar küçə yürüşləri, vətəndaş etirazları və müxalifətin mobilizasiyası ilə müşahidə olunan dinamizm nəzərəçarpacaq şəkildə zəifləyib. Bunun da səbəbləri var. Xüsusilə gənclər arasında motivasiya verən dramatik hadisələrin və polis zorakılığı ilə müşayiət olunan toqquşmaların olmaması fəallığın azalmasına səbəb oub. İkincisi, yay fəsli Tbilisinin demoqrafik mənzərəsini dəyişib. Şəhər boşalıb, ictimai-siyasi həyatda durğunluq hiss olunur. Üçüncü və bəlkə də əsas səbəb, siyasi müxalifətin daxilində baş verən parçalanmadır. İyunun əvvəlində qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı yaranan “iştirak və ya boykot” dilemması müxalifət düşərgəsində sərt qarşıdurma və sonradan qarşılıqlı ittihamlarla nəticələnib. Bu xaotik atmosfer isə həm etirazçıların ovqatına, həm də ümumi dinamizmə mənfi təsir göstərib.

Ekspertlərin fikrincə, bu durğunluq müvəqqətidir, avqust–sentyabr aylarında siyasi fəallığın artacağı gözlənilir. Oktyabr ayında baş tutacaq seçkilər, xüsusilə də hökumət partiyası olan “Gürcü arzusu” üçün həlledici əhəmiyyət kəsb edir. Bu seçkilərdə “Gürcü arzusu”nun qalib gələcəyi ehtimalı yüksəkdir. Bunun əsas səbəblərindən biri yerli idarəetmə seçkilərinin spesifikası ilə bağlıdır. Nəticələr hər bir bələdiyyə və ya rayon üzrə ayrıca hesablanır. Bu isə iri və təşkilatlanmış siyasi qüvvələrə daha çox üstünlük verir. Kiçik və zəif müxalif partiyalar bu sistem daxilində nəticə əldə etməkdə çətinlik çəkirlər. Hökumət isə bu mexanizmdən öz siyasi mövqeyini möhkəmləndirmək üçün effektiv şəkildə istifadə edir.

Digər mühüm amil müxalifətin bir hissəsinin seçkiləri boykot etməsi ilə bağlıdır. Bu addım həm daxildə siyasi parçalanmanı dərinləşdirə, həm də beynəlxalq ictimaiyyətin seçkilərin legitimliyinə münasibətində suallar doğura bilər. Beynəlxalq təşkilatların və Qərb ölkələrinin gözləntiləri şəffaf və inklüziv seçki prosesinin təmin olunmasına yönəlib. Əks təqdirdə, Gürcüstan hökuməti daha geniş siyasi təzyiqlərlə üzləşə bilər.

Bütün bu proseslər fonunda Gürcüstan siyasi baxımdan yeni dönüş nöqtəsinə yaxınlaşır. Hakim partiyanın artan nüfuzu, vətəndaş cəmiyyətinin davam edən müqaviməti və Qərb aktorlarının ardıcıl tənqidləri seçkiləri, sadəcə, yerli səviyyəli tədbir olmaqdan çıxarıb, ölkənin gələcək siyasi trayektoriyasını müəyyənləşdirəcək əsas imtahana çevirir.

Pünhan ƏFƏNDİYEV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:178
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 İyul 2025 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see410

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see376

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see374

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see338

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see334

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see326

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see254

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see249

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see225

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see215

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see213

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see212

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see211

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see207

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see196

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see196

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see191

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see191

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see180

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri