Aİ Hörmüz boğazı ilə bağlı diplomatik həll yolu axtarır
Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
Hörmüz boğazını açıq saxlamaq üçün diplomatik yollar tapmalıyıq.
"Cebheinfo.az" xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas “Reuters“ə müsahibəsində deyib.
Kallas bildirib ki, Aİ ölkələri Hörmüz missiyasında iştirak etmək istəmirlər.
Onun sözlərinə görə, Hörmüz boğazında Qara Dənizdə mövcud olan mexanizmə oxşar bir plan hazırlana bilər: “Bu mexanizmdə ticarət gəmilərinin təhlükəsiz gediş-gəlişi təmin oluna bilər. Əsas məsələ isə budur ki, İran da daxil olmaqla qonşu ölkələr bununla razılaşacaq, ya yox?”
Aİ-nin ali nümayəndəsi vurğulayıb ki, Aİ ABŞ-la müttəfiq olsa da, Vaşinqtonun son addımlarını tam anlamır: “Bu müharibə başlayanda bizimlə məsləhətləşmə aparılmayıb. Bu müharibənin məqsədləri, necə davam edəcəyi ilə bağlı bizə heç nə deyilməyib. İran müharibəsini bitirməyin vaxtı çatıb. Bu müharibənin qlobal iqtisadiyyat üçün çox ciddi nəticələri var”.
Kallas əlavə edib ki, ABŞ-ın addımlarını proqnozlaşdırmaq mümkün deyil.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 17 Mart 2026 13:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















