Aİ İranı nümayişçilərə qarşı zorakılıqdan çəkinməyə çağırıb
Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Avropa İttifaqı (Aİ) İranda aksiyalarda artan ölüm və yaralanma sayları ilə bağlı narahatlığını ifadə edib.
"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə Brüsseldə keçirilən brifinqdə Aİ-nın xarici işlər xidmətinin rəsmi nümayəndəsi Ənvər Əl-Anuni bildirib.
Aİ rəsmisi bəyan edib ki, qurum dinc nümayişçilərə qarşı hər cür zorakılığı pisləyir. İran hakimiyyətini fikir və dinc aksiyalar azadlığı hüquqlarına riayət etməyə, o cümlədən internet girişini bərpa etməyə çağırılıb.
"İran xalqı daha yaxşı həyat üçün qanuni istəyini ifadə edir. Dinc nümayişçilərə qarşı hər hansı zorakılıq qəbuledilməzdir", - o vurğulayıb.
Anuninin sözlərinə görə, Aİ İrandakı vəziyyəti, o cümlədən ölkənin cənub-qərbində baş verən son hadisələri diqqətlə izləyir. Eyni zamanda o, Avropanı yerli xalqı daha qətiyyətlə dəstəkləməyə çağıran sonuncu İran şahının böyük oğlu Rza Pəhləvinin bəyanatını şərh etməkdən imtina edib.
Aİ nümayəndəsi İranda mümkün rejim dəyişikliyi ilə bağlı suala cavab verərkən qeyd edib ki, bu, Avropa İttifaqının İrana münasibətdə konsolidasiya olunmuş siyasətinə daxil deyil.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 09 Yanvar 2026 16:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















