Icma.az
close
up
RU
Aİ İranın nüvə proqramı ilə bağlı sanksiyaların dərhal bərpa ediləcəyini açıqladı

Aİ İranın nüvə proqramı ilə bağlı sanksiyaların dərhal bərpa ediləcəyini açıqladı

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Avropa İttifaqı (Aİ) BMT Təhlükəsizlik Şurasının 28 sentyabr tarixində əvvəllər 2231 saylı qətnamə ilə ləğv edilmiş tədbirlərin geri qaytarılması barədə qərarından sonra İrana qarşı bütün nüvə sanksiyaları və məhdudlaşdırıcı tədbirləri dərhal bərpa etməyə başlayır.

Redaktor.az-ın məlumatına görə, bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın bəyanatında deyilir.

Onun sözlərinə görə, son ay ərzində Tehranla intensiv diplomatik əlaqələr aparılıb, lakin bu əlaqələr 2231 saylı qətnamənin müddətinin uzadılması üçün şərait yaratmayıb.

Nəticədə, İranın Birgə Hərtərəfli Fəaliyyət Planı üzrə öhdəliklərinə ciddi əməl etməməsi barədə BMT Təhlükəsizlik Şurasına məlumat verən Aİ3 ölkələri - Fransa, Almaniya və Böyük Britaniya tərəfindən "snapback" mexanizminin işə salınması ilə sanksiyalar rejimi həm BMT, həm də Aİ səviyyəsində yenidən qüvvəyə minir.

Bu tədbirlər silah embarqosunu, maliyyə və ixrac məhdudiyyətlərini, İranın nüvə və müdafiə sektoruna beynəlxalq investisiyaların qadağan edilməsini, eləcə də İran rəsmiləri və mütəxəssisləri üçün səyahət məhdudiyyətlərini nəzərdə tutur.

Bununla belə, Kallas vurğulayıb ki, sanksiyaların bərpası diplomatiya sonunun başlanğıcı olmamalıdır. Brüssel danışıqların davam etdirilməsində israr edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 28 Sentyabr 2025 19:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see304

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see295

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see292

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see288

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see287

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see284

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see274

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see272

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see266

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see265

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see245

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see239

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see238

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see236

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see235

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see232

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see226

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see225

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see223

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see221
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri