Aİ liderləri Rusiya ilə danışıqlar məsələsində iki düşərgəyə bölünüblər
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 19 iyun, AZƏRTAC
Rusiya ilə mümkün danışıqlar məsələsi Avropa İttifaqına (Aİ) üzv ölkələrin liderləri arasında fikir ayrılığı yaradıb.
AZƏRTAC xəbər verir ki, “Politico” nəşri bu barədə mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, Fransa prezidenti və Almaniya kansleri hazırda Moskva ilə təmasların qurulmasının əleyhinədirlər. Onların fikrincə, Kremlin rəhbərliyi ilə görüşlər üçün hələ uyğun vaxt yetişməyib və belə bir məqam yarandıqda Rusiya ilə danışıqları Paris, London və Berlinin təmsil olunduğu “Avropa üçlüyü” aparmalıdır.
Avropa İttifaqının digər liderləri fərqli mövqe nümayiş etdirərək Avropa Şurasının Prezidenti Antoniu Koştanın yanaşmasını dəstəkləyiblər. O, münasib vaxt yetişdiyi təqdirdə Moskva ilə dialoqa hazırlıq məsələsini Avropa rəsmiləri ilə müzakirə etdiyini bildirib.
Almaniyanın xarici işlər naziri Yohann Vadeful isə Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı danışıqların yalnız Vaşinqtonun öhdəsinə buraxılmasının düzgün olmadığını vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 19 İyun 2026 12:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















