Aİ məhkəməsi Macarıstanda iki “Rusiya” atom blokunun tikintisini çətinləşdirdi
Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.
Avropa İttifaqı Məhkəməsi Macarıstan hökumətinə ölkənin yeganə atom elektrik stansiyası "Pakş”da "Rosatom” ilə iki enerji blokunun tikintisi üçün dövlət dəstəyini təsdiqləyən Avropa Komissiyasının qərarını ləğv edib.
Qaynarinfo xəbər verir ki, məhkəmə qərarına görə, Avropa Komissiyası Macarıstanda iki blokun tikintisi müqaviləsinin dövlət satınalmaları qaydalarına uyğun olub-olmadığını yoxlamalı idi, lakin bunu etməyib.
2014-cü il dekabrın 8-də Rusiya və Macarıstan "Pakş” AES-də iki enerji blokunun rus texnologiyası ilə tikintisi barədə saziş imzalamışdı. Layihənin dəyəri təxminən 15 milyard dollar qiymətləndirilmişdi. Tikintinin böyük hissəsi Rusiya tərəfindən kredit formasında maliyyələşdirilirdi, qalan 2,5 milyard avro isə Macarıstan hökuməti tərəfindən ayrılmalı idi. Məhkəmə qərarında məhz bu dövlət dəstəyindən söhbət gedir. Nəticədə Budapeşt atom bloklarının tikintisi üçün başqa maliyyə mənbəyi axtarmalı olacaq.
Sentyabrın 9-da Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, ölkə qaz idxalını azaltmağı, xüsusilə "Pakş” AES-də iki atom blokunu işə salmaqla planlaşdırır.
2014-cü ildə Rusiya ilə imzalanmış sazişə əsasən, Macarıstan "Pakş” stansiyasını hər biri 1,2 giqavat gücündə olan iki VVER reaktorları ilə genişləndirməyi planlaşdırır.
2022-ci il avqustun sonunda Macarıstan Atom Enerjisi İdarəsi "Rosatom”a "Pakş” AES-in V və VI enerji bloklarının tikintisi üçün icazə verib. "Rosatom”un rəhbəri Aleksey Lixaçev isə enerji bloklarının tikintisini sürətləndirməyə hazır olduqlarını bəyan edib.
Alpər
Baxış sayı:58
Bu xəbər 12 Sentyabr 2025 14:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















