Aİ nin ali nümayəndəsi: Qəzza məsələsində üzv dövlətlər arasında fikir ayrılığı qalır
Icma.az, Bakivaxti saytına istinadən bildirir.
Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas Qəzza ilə bağlı üzv dövlətlər arasında ciddi fikir ayrılıqlarının olduğunu vurğulayıb.
Bakıvaxtı.az-ın məlumatına görə, o bildirib ki, bu parçalanma İsrailə qarşı sanksiyalar və Fələstin Dövlətinin tanınması kimi məsələlərdə vahid addım atmağa mane olur.
Kallas qeyd edib ki, İsrail hökumətinə təzyiq göstərmək üçün variantlar mövcuddur, lakin konsensus çatışmazlığı səbəbindən proses ləngiyir.
Onun sözlərinə görə, Avropa dəyərlərinin müdafiəsi kollektiv məsuliyyət tələb edir və diplomatik səylər davam etdirilməlidir.
Kallas əlavə edib ki, İsrailin xarici işlər naziri ilə görüşündə beynəlxalq QHT-lərlə bağlı prosedurlar müzakirə olunub və bunun üçün müddət dekabradək uzadılıb.
Əli Hüseynov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:211
Bu xəbər 09 Sentyabr 2025 15:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















