Aİ nin Ukraynaya hərbi yardımı faktiki olaraq dayandırılıb Borrell
Operativ MM saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Avropa İttifaqının (Aİ) Ukraynaya hərbi yardımı faktiki olaraq dondurulub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Avropa diplomatiyasının keçmiş rəhbəri Cosep Borrell "EUObserver"ə müsahibəsində bildirib.
Borrell qeyd edib ki, onun vəzifəsindən getdiyi dövrdən bəri Ukraynaya Avropa İttifaqından heç bir hərbi yardım göstərilməyib.
“Avropa Sülh Fondunda Macarıstanın blokadası səbəbindən 6,6 milyard avro qalır. İndi hər şey ikitərəfli əsasda həyata keçirilir,” - o deyib.
Keçmiş diplomat əlavə edib ki, Rusiyaya qarşı yeni sanksiyaların təsdiqlənməsi də oxşar çətinliklərlə üzləşib.
“Əgər Macarıstan sanksiyaların uzadılmasına veto qoyarsa, onları uzatmaq mümkün olmayacaq. Biz çıxılmaz vəziyyətdəyik,” - Borrell vurğulayıb.
Qeyd edək ki, 2024-cü ildən bəri Macarıstan Avropa Sülh Fondundan Kiyevə ayrılan 6,6 milyard avro dəyərində silah yardımının blokadasını davam etdirir.
Baxış sayı:118
Bu xəbər 04 Avqust 2025 18:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















