Aİ nin xüsusi nümayəndəsi Ermənistan və Azərbaycan arasındakı son hadisələri dəstəklədiklərini bildirib
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Ermənistan və Azərbaycan arasındakı son hadisələrə dəstəyini ifadə edib.
Oxu.Az xəbər verir ki, diplomat bu barədə "X" sosial şəbəkəsində silsilə paylaşımlar edib.
Maqdalena Qrono bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh prosesində atılan son müsbət addımlar, o cümlədən Azərbaycan ərazisindən Ermənistana yüklərin tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması barədə xəbərlər Aİ-ni məmnun edib.
Bundan əlavə, o, Ermənistan və Azərbaycan parlament sədrlərinin Cenevrədə keçirilmiş görüşünü, eləcə də hər iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələrinin Yerevanda apardıqları müzakirələri müsbət qiymətləndirib: "Avropa İttifaqı bu praktiki nailiyyətləri yüksək qiymətləndirir və etimadın möhkəmləndirilməsinə yönələn bütün təşəbbüsləri dəstəkləməyə hazırdır. Biz, həmçinin Ermənistan və Türkiyə arasında Gümrü-Qars dəmir yolunun bərpası və yenidən işə salınmasına dair iclasa hazırlıq işlərinin başlanmasını da alqışlayırıq", - deyə Qrono əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 22 Oktyabr 2025 20:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















