Icma.az
close
up
RU
Aİ Putinə qarşı durmaq fürsətini əldən qaçırdı The Telegraph səhvi açıqladı

Aİ Putinə qarşı durmaq fürsətini əldən qaçırdı The Telegraph səhvi açıqladı

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

SBU-nun Aralıq dənizində Rusiyanın "kölgə donanması”na aid tankerə pilotsuz uçuş aparatı ilə zərbə endirməsi təcavüzkara qarşı mübarizənin parlaq nümunəsidir.

Qaynarinfo xəbər verir ki, "The Telegraph” qəzetinin redaksiya məqaləsində yazdığına görə, müharibənin bütün mərhələlərində – Vladimir Putinin qüvvələrinin Kiyev ətrafından geri oturdulmasından tutmuş "Moskva” flaqman gəmisinin batırılmasına qədər – Ukrayna müdafiəçiləri skeptiklərin şübhələrini alt-üst edib və daha böyük, daha varlı bir ölkəyə qarşı məhdud resurslarla son dərəcə effektiv müqavimət göstəriblər.

Nəşr qeyd edir ki, əgər Qərb ölkələri Rusiyanın genişmiqyaslı işğalının lap əvvəlində Ukraynaya tam dəstək versəydi, bu gün vəziyyət xeyli daha yaxşı ola bilərdi.

"Buna baxmayaraq, Putinin sülh danışıqlarında üstün mövqe qazanmaq cəhdlərinin qarşısını almaq istəyən Ukraynaya mümkün olan maksimum dəstəyin göstərilməsi üçün kifayət qədər ciddi əsaslar mövcuddur”, – deyə qəzet yazır.

Jurnalistlərin fikrincə, bu baxımdan Avropanın Ukraynaya 90 milyard avro kredit ayırması ən yaxşı halda qismən qələbə sayıla bilər.

"Avropa liderlərinin bu gün Ukraynanı dəstəkləmək zərurəti barədə ritorikası – sabah müharibənin öz ərazilərində baş verməməsi üçün – bir daha real maliyyə öhdəliklərinin miqyası ilə təsdiqlənmədi”, deyə məqalədə vurğulanır.

Onlar bildirirlər ki, Ukraynanın xeyrinə 210 milyard avro həcmində dondurulmuş Rusiya aktivlərinin səfərbər edilə bilməməsi bu silsilədə növbəti nümunədir.

"Bu vəsaitlə daha çox hərbi texnika almaq və Ukrayna dövlətinin maliyyə dayanıqlığını ciddi şəkildə gücləndirmək mümkün olardı… Bu, Avropa üçün özünü göstərmək və Moskvaya qarşı daha sərt mövqe tutmaq baxımından qaçırılmış fürsət idi”, deyə nəşr qeyd edir.

Qeyd edək ki, Avropa İttifaqının Ukraynaya 90 milyard avro kredit ayırmaq qərarı Aİ daxilində parçalanmanı və Kiyevə əlavə dəstəyə qarşı müqavimətin artdığını nümayiş etdirdi.

Bundan əvvəl "Financial Times” yazmışdı ki, maliyyələşmə ilə bağlı razılaşmanın əldə olunmaması Aİ-dən qətiyyət gözlənildiyi bir vaxtda onun zəifliyinin ciddi göstəricisi olardı.

Alpər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 20 Dekabr 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see245

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see233

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see231

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see230

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see224

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see219

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see211

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see190

40 yaşdan sonra beyin geriləməsinin əsas səbəbi

18 Dekabr 2025 16:57see179

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see164

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see154

AKTA nın 2025 ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi FOTO

18 Dekabr 2025 20:27see147

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see143

ABŞ la danışıqlara hazırlaşırıq Peskov

18 Dekabr 2025 19:40see137

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see137

Lando Norris “İlin idman şəxsiyyəti” mükafatını götürməyə getməyib

19 Dekabr 2025 05:09see133

Cinayətkar ermənilərin məhkəməsi davam etdirilib...

18 Dekabr 2025 21:56see129

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see129

Keçmiş NASCAR pilotu Qreq Biffl ailəsi ilə birlikdə təyyarə qəzasında həlak olub

19 Dekabr 2025 00:33see128

Konfrans Liqasında Liqa mərhələsi yekunlaşdı

19 Dekabr 2025 02:21see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri