Aİ: Qərb Sahilində məskunlaşan zorakılığına son qoyulsun
Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Avropa İttifaqının Xarici Əlaqələr Xidməti (EEAS), İsrailin işğalı altındakı İordan çayının qərb sahilində son günlərdə yəhudi məskunlaşanların törətdiyi zorakılıq, qorxu yayma və fələstinlilərə aid ev və əmlakın dağıdılmasında ciddi artım olduğunu bildirərək, bu halların dərhal dayandırılması çağırışı edib.
Xalqcebhesi.az-ın məlumatına görə, EEAS-ın açıqlamasında vurğulanıb ki, məskunlaşma fəaliyyətləri beynəlxalq hüquqa ziddir və bölgədə sülhün qarşısını alır. Xüsusilə Ramallah yaxınlığındakı Kefr Malik kəndində 3 fələstinlinin öldürülməsi də daxil olmaqla baş verən hücumlar tənqid edilib.
Aİ İsrail hakimiyyətini “məskunlaşan zorakılığı”nın qarşısını almağa və cinayətkarları məsuliyyətə cəlb etmək üçün konkret addımlar atmağa çağırıb. “Mövcud gərgin şəraitdə bütün səylər vəziyyətin sakitləşdirilməsinə yönəlməlidir,” – deyə bəyanatda bildirilib.
Məryəm Quliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 27 İyun 2025 17:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















