Icma.az
close
up
RU
Aİ rəsmisi: Orta Dəhliz regional əlaqənin təmin edilməsində böyük əhəmiyyət daşıyır

Aİ rəsmisi: Orta Dəhliz regional əlaqənin təmin edilməsində böyük əhəmiyyət daşıyır

Missiya.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Avropa İttifaqının (Aİ) təxminən 90 milyon avro maliyyə vəsaiti ayırdığı Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) Mərkəzi Asiyada regional qarşılıqlı əlaqənin təmin edilməsi üçün böyük əhəmiyyət daşıyır.

Missiya.Az “Report”-a istinadən xəbər verir ki, bunu xarici KİV-ə müsahibəsində Aİ-nin xarici işlər üzrə ali nümayəndəsi Kaya Kallas deyib.

Onun sözlərinə görə, hazırda Mərkəzi Asiya təkcə resursları və regional sabitlik üçün coğrafi əhəmiyyəti baxımından deyil, həm də investisiya potensialı baxımından böyük əhəmiyyət daşıyır:

“Məhz buna görə də Aİ Mərkəzi Asiyada inkişaf məqsədləri üçün yardım göstərilməsində birinci yeri tutur. TBNM layihəsinə dəstəyimizdən tutmuş regionda rəqəmsal texnologiyaların inkişafına investisiyalara qədər hər iki tərəf üçün çoxlu imkanlar görürük”.

Ali nümayəndə qeyd edib ki, Ukraynadakı münaqişə başlayandan sonra Aİ Rusiya ərazisindən yan keçən alternativ, etibarlı və səmərəli ticarət və nəqliyyat marşrutları axtarmağa başlayıb:

“Ötən il Aİ regionda prioritet nəqliyyat layihələrinin həyata keçirilməsi gedişini müzakirə etmək məqsədilə hökumət nümayəndələrini, donorları və inkişaf banklarını birləşdirən xüsusi platforma yaradıb. Buraya, məsələn, Aktau və Türkmənbaşı limanlarının modernləşdirilməsi kimi layihələr daxildir”.

Xatırladaq ki, Orta Dəhliz Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropanı birləşdirir. 2023-cü ilin oktyabrında Azərbaycan, Gürcüstan və Qazaxıstan tranzit daşımalarının səmərəliliyinin artırılması üçün “Middle Corridor Multimodal Ltd.” birgə dəmir yolu şirkətinin yaradılması haqqında saziş imzalayıb.

2024-cü ildə TBNM ilə yük daşımalarının həcmi 2023-cü illə müqayisədə 62 % artaraq 4,5 milyon tona çatıb. Həyata keçirilən tədbirlər nəticəsində 2027-ci ilə qədər Orta Dəhlizin ötürmə qabiliyyətinin 10 milyontona qədər artacağı gözlənilir.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://missiya.az
archiveBu xəbər 28 Mart 2025 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see343

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see246

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see217

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see208

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see202

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see186

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see180

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see159

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see157

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see156

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see139

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see139

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see139

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see136

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see134

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see133

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see132

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri