Aİ rəsmisi Praqada Ermənistan və Azərbaycan arasındakı sülh prosesini müzakirə edib
Icma.az, Sherg.az saytına istinadən bildirir.
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Çex Respublikasının xarici işlər naziri Yan Lipavski ilə görüşüb.
APA xəbər verir ki, Maqdalena Qrono bu barədə “X”də paylaşım edib.
Aİ-nin xüsusi nümayəndəsi bildirib ki, görüşlər zamanı əsas diqqət regionda sülh prosesinə və Ermənistanla Azərbaycan arasındakı münasibətlərin normallaşmasına yönəlib.
Maqdalena Qrono Yan Lipavski ilə Aİ-nin Ermənistan və Azərbaycan arasında dialoqa dəstəyinin vacibliyini müzakirə edib. O, həmçinin Aİ-nin bu prosesə davamlı dəstəyinin əhəmiyyətini vurğulayıb və ötən həftə sülh sazişi danışıqlarının yekunlaşdırılması ilə bağlı verilən açıqlamaların önəmini qeyd edib.

Aİ rəsmisi Praqada sülh prosesindən danışdı
21 Mart 2025 16:21
Aİ rəsmisi Ankarada Azərbaycan Ermənistan münasibətlərinin normallaşmasını müzakirə edib
12 Mart 2025 14:23
Praqada Azərbaycan poeziya gecəsi
14 Noyabr 2024 09:39
Ermənistan parlamentinin vitsespikeri Aİ rəsmisi ilə Azərbaycanla normallaşma prosesini müzakirə edib
10 Yanvar 2025 16:50
Praqada Azərbaycan poeziya gecəsi keçirilib
15 Noyabr 2024 10:29
