Aİ Rusiyanın “hibrid təhdidlərinə” cavab vermək üçün bir yol tapıb
Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.
Bloomberg-in məlumatına görə, bəzi Aİ ölkələri bloku Rusiyanın yaratdığı iddia edilən “hibrid təhdidlərə” cavab verməyə, yəni dondurulmuş Rusiya aktivlərini ələ keçirməyə, Rusiyanın mayeləşdirilmiş təbii qazının nəqlini qadağan etməyə və ölkə ilə vizaları məhdudlaşdırmağa çağırıb.
Gununsesi.info-nun xəbərinə görə, agentlik qeyd edib ki, Avropa rəsmiləri bir neçə aydır, Rusiyanın qitəyə qarşı “kampaniyasının” güclənəcəyini gözləyirlər. Lakin mənbələrə görə, Aİ hələ də “fundamental müdafiə siyasətini” dəyişməyib.
Media mənbələrə istinadən xəbər verir ki, “Bəzi Aİ üzvləri bloku əvvəllər bloklanmış sanksiyalar, o cümlədən dondurulmuş aktivlərin müsadirə edilməsi, Rusiyanın mayeləşdirilmiş təbii qazının nəqlinə qadağa qoyulması və viza məhdudiyyətləri tətbiq etməklə cavab verməyə çağırıblar”.
Onlar həmçinin bildiriblər ki, Aİ yüzlərlə fiziki və hüquqi şəxsə qarşı sanksiyalar hazırlayır və bu sanksiyaların payızda qəbul edilməsi planlaşdırılır.
Maqsud
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 26 Avqust 2026 14:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















