Aİ Rusiyaya qarşı 19 cu sanksiya paketini hazırlayır “Bloomberg”
Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 19-cu sanksiyalar paketinin bir hissəsi olaraq altı Rusiya bankı və enerji şirkətinə qarşı yeni məhdudiyyətlər tətbiq etməyi nəzərdən keçirir.
Yeniavaz.com “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, tədbirlər paketinə həmçinin Rusiyanın ödəniş sistemləri və kredit kartlarına, kriptovalyuta birjalarına sanksiyalar, eləcə də neft ticarətinə məhdudiyyətlər daxil ola bilər.
Agentlik qeyd edir ki, Aİ bu tədbirlərin bir qismini ABŞ ilə əlaqələndirməyə ümid edir. Bu məqsədlə Avropa nümayəndə heyəti yaxın günlərdə Vaşinqtona səfər edəcək. ABŞ-nin maliyyə naziri Skott Bessentin sözlərinə görə, ABŞ və Aİ hazırda əlavə sanksiyalar və tarifləri müzakirə edir.
Aİ Şurasının sədri Antonio Kosta da təsdiqləyib ki, Avropa ABŞ və digər “həmfikir tərəfdaşlarla” yeni sanksiyalar paketi üzərində işləyir.
“Bloomberg”in məlumatına əsasən, Vaşinqton Rusiyanın “kölgə donanması”, həmçinin “Rosneft” və “Lukoyl” şirkətlərinə qarşı da sanksiyalar tətbiq edə bilər.
Bundan əlavə, Aİ üçüncü ölkələrin mövcud məhdudiyyətlərdən yan keçməsinə imkan verməmək üçün ikinci dərəcəli sanksiyaların tətbiqi imkanlarını nəzərdən keçirir. Bunun üçün 2023-cü ildə təsdiqlənən, lakin indiyədək istifadə olunmayan mexanizmdən yararlanmaq planlaşdırılır.
Elnur Əli
Baxış sayı:71
Bu xəbər 08 Sentyabr 2025 16:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















