Icma.az
close
up
RU
Aİ Rusiyaya qarşı...

Aİ Rusiyaya qarşı...

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

18-ci sanksiya paketini qəbul etməyə hazırlaşır

Hazırda dünyada baş verən hadisələr fonunda “sanksiya siyasəti” daha geniş şəkildə tətbiq olunmağa başlayıb. Dünyanın böyük dövlətləri və blokları qarşılıqlı olaraq sanksiyalar tətbiq etməklə öz üstünlüklərini təmin etməyə çalışırlar. Bu mənada son illərdə ən çox sanksiyalara məruz qalan ölkələrdən biri Rusiyadır.

Məlumdur ki, Rusiya-Ukrayna müharibəsində Avropa İttifaqı (Aİ) rəsmi Kiyevi dəstəkləyir. Aİ-nin sanksiyalarının məqsədi Rusiyanı zəiflətmək, Ukraynanın isə müqavimət gücünü artırmaqdır. Rusiya-Ukrayna müharibəsi bəzən sanksiyalar müharibəsi kimi də səciyyələndirilir. İndiyədək Aİ-nin mərhələlərlə Rusiyaya qarşı qəbul etdiyi sanksiyaların əhatə dairəsi kifayət qədər genişdir. Qadağalar ilk növbədə Rusiyanın iqtisadi gücünü zəiflətməklə bu ölkənin gündəlik müharibə xərclərini qarşılamaq imkanlarını məhdudlaşdırmaq məqsədi daşıyır. O cümlədən indiyədək Rusiyaya ticarət, maliyyə, enerji, sənaye, texnologiya, nəqliyyat, ikili və dəbdəbəli mallar, qızılla bağlı geniş məhdudiyyətlər tətbiq edilib.

17-ci paketdə nələr var?

Ukrayna ilə müharibə səbəbilə Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 17 sanksiya paketi qəbul edib. May ayında təsdiqlənmiş 17-ci sanksiya paketinə ölkənin “kölgə donanması”ndan olan 189 gəmi daxil edilib. Paketə “hibrid təhdidlərlə mübarizə və insan hüquqlarının müdafiəsi” tədbirləri də daxildir. Bundan başqa, yeni sanksiyalar Rusiyanın davam edən müharibəsinin xərclərini də artırmağı hədəfləyirdi - bu, həm də Aİ-nin Ukraynaya davamlı və sarsılmaz dəstəyinin bariz siqnalı kimi xarakterizə olunur. Paketdə fiziki və hüquqi şəxslərin sanksiya siyahısı da genişləndirilib. Paketə, həmçinin Rusiyanın hərbi-sənaye kompleksinə birbaşa və ya dolayı dəstək verən və ya sanksiyalardan yayınmada iştirak edən 31 yeni şirkət də daxil edilib. Fərdi sanksiyalar üzrə siyahıya isə daha 75 şəxsin adı əlavə olub. Belə ki,  Rusiya Müdafiə Nazirliyinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunları, 27-ci Mərkəzi Elmi-Tədqiqat İnstitutu və 33-cü Mərkəzi Tədqiqat və Sınaq İnstitutu da sanksiyaların hədəfi sırasındadır.

Növbəti qərar yaxın günlərdə verilə bilər

İndi isə Aİ Rusiyaya qarşı 18-ci paketi qəbul etməyə hazırlaşır. Fransanın xarici siyasət idarəsinin rəhbəri Jan-Noel Barrot LCI telekanalında bildirib ki, rəsmi Paris Rusiyaya qarşı 18-ci sanksiyalar paketinin yaxın günlərdə Avropa İttifaqı tərəfindən razılaşdırılacağını gözləyir. Onun sözlərinə görə, Avropa bu məsələdə amerikalı senatorlarla səyləri əlaqələndirir.

18-ci sanksiya paketi ilə bağlı bir müddət əvvəl açıqlama verən Avropa Komissiyasının (AK) rəhbəri Ursula Fon der Lyayen bildirmişdi ki, Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketi zədələnmiş “Şimal axını”nın istifadəsinə qadağa, bankların və tankerlərin “qara siyahı”ya salınması, Aİ ölkələrinin Rusiya neftinin alınmasına qadağa qoyulması və neftin qiymətinin aşağı salınması cəhdlərini özündə əks etdirə bilər. Xanım Lyayen, həmçinin deyib ki, AK öz sanksiyalarını ABŞ-ın mümkün yeni anti-Rusiya sanksiyaları ilə əlaqələndirməyə çalışır. O, ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları haqqında son qanun layihəsinin müəllifi olan amerikalı senator Lindsi Qremlə  bu mövzuda intensiv əlaqə saxladığını bildirib.  Bundan əlavə, Fon der Lyayen və Aİ-nin ali nümayəndəsi Kaya Kallas sanksiyalardan yayınmaq üçün Rusiyanın tədbirlərinin effektivliyini müəyyən qədər azaltmağa çalışmaq məqsədilə təkcə Rusiyadan deyil, Belarusdan, Çindən və digər ölkələrdən olan 22 şirkət üçün yeni ixrac məhdudiyyətləri qoymağı planlaşdırdıqlarını söyləyiblər.

Macarıstan narazıdır...

Lakin tətbiq olunan sanksiyalar Aİ daxilində birmənalı qarşılanmır. Belə ki, Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların ölkəsi və bütün Avropa üçün dağıdıcı təsir göstərdiyini bildirib. Bu barədə o, Fransanın LCI telekanalına müsahibəsində deyib. “Rusiyaya qarşı sanksiyalar Macarıstanı və Avropanı dağıdır”, - deyə V.Orban vurğulayıb. Onun sözlərinə görə, bu sanksiyalar nəticəsində Macarıstan son üç ildə 20 milyard avro itirib. “Bu, bizim ölkə üçün çox böyük məbləğdir”, - deyə Macarıstanın Baş naziri əlavə edib. Onun sözlərinə görə, Avropa İttifaqı üzv ölkələrin suverenliyinə təhlükə yaradır, lakin yaranmış böhranlarla mübarizə aparmaqda aciz qalır: “Ukraynadakı münaqişənin həllində Aİ uğursuzluğa düçar olub, sanksiya siyasəti də iflasa uğrayıb”.

Aİ-nin sanksiyalarına baxmayaraq, Rusiya mövqeyindən geri çəkilmir. Əksinə, son aylar döyüş bölgəsində rus qoşunlarının üstünlüyü artır. Bu, həm də o deməkdir ki, Aİ-nin sanksiyaları Rusiya iqtisadiyyatına hələ ciddi təsir etmir. Əksinə, həmin sanksiyalar bir sıra Avropa ölkələrinə mənfi təsir göstərməkdədir. Buna baxmayaraq, Aİ 18-ci sanksiyalar paketini qəbul etməklə Moskvaya təzyiqlərin güclənəcəyinə ümid edir.

N.BAYRAMLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 02 İyul 2025 08:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see398

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see394

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see363

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see350

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see320

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see292

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see275

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see268

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see252

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see247

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see240

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see233

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see222

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see220

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see213

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see211

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see202

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see199

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see198

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri