Aİ Rusiyaya qarşı sanksiyaları yenidən nəzərdən keçirəcək Orban
Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları yenidən nəzərdən keçirməlidir, çünki bu sanksiyalar enerji qiymətlərinin artmasına səbəb olur və Avropanın rəqabət qabiliyyətini zəiflədir.
Redaktor.az xəbər verir ki, bu sözləri Macarıstanın Baş naziri Viktor Orban deyib.
O qeyd edib ki, Aİ liderləri noyabrın 8-də Budapeştdə keçirilən qeyri-rəsmi sammitdə Avropanın rəqabət qabiliyyətliliyinə dair bəyannamə qəbul ediblər.
Sənəd neft, qaz və elektrik enerjisinin qiymətlərinin aşağı salınmasına yönəlib.
"Enerji qiymətləri bütün mümkün yolla aşağı salınmalıdır. Bu o deməkdir ki, Rusiyaya qarşı sanksiyalar əsaslı şəkildə nəzərdən keçirilməlidir, çünki mövcud sanksiyalar siyasəti ilə enerji qiymətləri aşağı düşməyəcək", - Baş nazir bildirib.
Türkan İSGƏNDƏRLİ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 15 Noyabr 2024 14:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















