Aİ Rusiyaya uçuş qadağasını genişləndirdi
Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Avropa İttifaqı (Aİ) xarici aviaşirkətlərin Rusiyanın daxilində uçuşlar həyata keçirməsini qadağan etdi.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının yaydığı rəsmi açıqlamada bildirilir.
Məlumata görə, yeni sanksiyalar Rusiya ərazisində daxili reyslər icra edən xarici aviaşirkətləri hədəf alır. Bundan əlavə, Rusiya aviaşirkətlərinə aviasiya məhsulları tədarük edən şirkətlər də məhdudiyyətlərə məruz qalacaq. Bu aviaşirkətlərə Aİ hava məkanından istifadə qadağan ediləcək.
Qərar Aİ-nin Rusiyaya qarşı qəbul etdiyi 16-cı sanksiya paketi çərçivəsində verilib. Yeni məhdudiyyətlər həmçinin Rusiyanın “kölgə donanması” ilə əlaqəli gəmi sahiblərinə və ölkənin hərbi-sənaye kompleksini dəstəkləyən şəxslərə şamil edilir.
Nuriyyə Musayeva
Baxış sayı:124
Bu xəbər 24 Fevral 2025 13:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















