Aİ sammitinin iştirakçıları ABŞ ilə tarif sazişini ratifikasiya etmək barədə qərar qəbul ediblər
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Avropa İttifaqının (Aİ) fövqəladə sammitinin iştirakçıları ABŞ ilə 2025-ci ilin iyulunda qüvvəyə minmiş tarif sazişini ratifikasiya etmək qərarına gəliblər. Avropa İttifaqı Şurasının sədri Antoniu Koşta bildirib ki, ABŞ Prezidenti Donald Trampın Aİ ölkələrinə qarşı yeni gömrük rüsumları tətbiq etməmək qərarı "düzgün istiqamətdə atılmış addımdır". O vurğulayıb ki, müzakirə olunan yeni məhdudiyyətlər Avropa Komissiyası ilə ABŞ administrasiyası arasında əvvəllər əldə olunmuş razılaşmalara zidd idi.
İyul sazişi ABŞ-ın idxal etdiyi mallar üçün sıfır tarif müqabilində, ABŞ-a gedən bütün Avropa ixracına 15%-lik rüsumların tətbiqini nəzərdə tutur. Bundan əlavə, Aİ yaxın üç il ərzində ABŞ-dan 750 milyard avro dəyərində enerji resursları almağı və ABŞ iqtisadiyyatına böyük investisiyalar yatırmağı öhdəsinə götürüb. Ratifikasiya haqqında qərar Trampın Qrenlandiya mövzusu ətrafındakı müzakirələr kontekstində əlavə rüsumlardan imtina etməsindən sonra qəbul edilib.
Cənab Koşta qeyd edib ki, Aİ öz maraqlarını qətiyyətlə müdafiə etmək, Arktikanın təhlükəsizliyi və NATO çərçivəsində fəaliyyətlər də daxil olmaqla, qarşılıqlı maraq doğuran məsələlər üzrə ABŞ ilə aktiv əməkdaşlıq etmək niyyətindədir. O vurğulayıb ki, Danimarka və Qrenlandiya Avropa İttifaqının tam dəstəyinə malikdir və yalnız bu ölkələrin xalqları öz işləri barədə qərar qəbul edə bilərlər.
S.ELAY
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 23 Yanvar 2026 10:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















