Icma.az
close
up
RU
Aİ Suriyaya qarşı bəzi sektoral sanksiyaları ləğv etməyi planlaşdırır

Aİ Suriyaya qarşı bəzi sektoral sanksiyaları ləğv etməyi planlaşdırır

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Avropa İttifaqı (Aİ) Suriyaya qarşı bankçılıq, enerji və nəqliyyat kimi sektorları hədəf alan sanksiyaları ləğv etməyə hazırlaşır.

Bizimyol.info xəbər verir ki, Aİ rəsmisindən alınan məlumata görə, fevralın 24-də Brüsseldə bir araya gələcək Aİ ölkələrinin xarici işlər nazirləri Suriyaya vətəndaş müharibəsi zamanı tətbiq edilən bəzi sektoral sanksiyaların ləğvi ilə bağlı razılığa gələcəklər.

Rəsmi, sanksiyaların ləğvi qərarının “geri dönə bilən” olacağını və buna görə də “dayanma” xarakteri daşıyacağını və Dəməşq administrasiyasının demokratik addımlarının bu prosesə təsirinin həlledici olacağını bildirib.

Qərarın ilkin olaraq bank, enerji və nəqliyyat sektorlarını əhatə edəcəyi bildirilib.

Avropa İttifaqının xarici işlər nazirləri yanvarın 27-də keçirdikləri iclasda Suriyaya qarşı sanksiyaların yumşaldılması üçün “yol xəritəsi” üzərində razılaşdıqlarını açıqlayıblar.

Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas: “Biz sürətlə hərəkət etməyi hədəfləyirik. Əgər Dəməşq administrasiyası səhv addımlar atarsa, sanksiyaların ləğvini geri götürə bilərik”, - deyə bildirib.

Aİ-nin Suriyaya qarşı sanksiyaları vətəndaş müharibəsinin başlamasından sonra 2011-ci ilin mayında başlayıb. Rejimlə əlaqəli şəxslərə qarşı səyahət qadağaları və aktivlərin dondurulması kimi fərdi məhdudlaşdırıcı tədbirlər görülüb və insan hüquqlarının pozulmasına görə məsuliyyətə cəlb edilib.

Bəşər Əsəddən tutmuş nazirlərə qədər rejimin yaxın çevrəsindən məşhur adlar da siyahıya salınıb. Bundan əlavə, Aİ Suriyaya qarşı sektoral sanksiyalar tətbiq edərək, rejimin maliyyə şəbəkəsinin mərkəzində dayanan sektorları hədəfə alıb. Bu çərçivədə xam neft və neft məhsullarının idxalı, həm hərbi, həm də mülki məqsədlər üçün istifadə oluna bilən malların, bəzi rabitə vasitələrinin ixracına məhdudiyyət qoyulub.

Bu sanksiyalar müəyyən təşəbbüslərin və infrastruktur layihələrinin maliyyələşdirilməsini də əhatə edib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 22 Fevral 2025 09:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see292

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see275

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see246

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see187

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see176

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see161

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see157

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see152

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see145

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see140

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see138

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see132

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see130

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see128

Neymar və het trik

04 Dekabr 2025 09:17see126

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see122

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see122

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri