Icma.az
close
up
RU
Aİ Suriyaya üçün Humanitar Hava Körpüsü əməliyyatına başlayır

Aİ Suriyaya üçün Humanitar Hava Körpüsü əməliyyatına başlayır

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Avropa İttifaqı Suriyaya təcili yardımların çatdırılması və humanitar maliyyənin artırılması üçün Humanitar Hava Körpüsü əməliyyatına başlayır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb.

"Avropa Komissiyası Suriyada həssas əhali qrupuna təcili tibbi yardım və digər zəruri ləvazimatları çatdırmaq, habelə humanitar maliyyəni artırmaq üçün yeni Humanitar Hava Körpüsünün salınması istiqamətində başlayır", - məlumatda qeyd olunub.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib ki, Əsəd rejiminin süqutu Suriya xalqı üçün yeni ümid yaradır, ancaq bu dəyişiklik özündə müəyyən risklər də daşıyır:

"Yerdəki vəziyyətin bu qədər qeyri-sabit olduğu bir vaxtda Suriya xalqına yardımımız olduqca vacibdir. Buna görə də bu il üçün humanitar yardımın məbləği 160 milyon avrodan yuxarı qaldırılıb. Biz həmçinin qida, dərman və sığınacaq kimi həyati vacib ləvazimatları daşıyan humanitar hava körpüsünü işə salırıq".

Ursula fon der Lyayev çərşənbə axşamı Suriya məsələsini Türkiyə prezidenti ilə də müzakirə edəcəyini vurğulayıb:

"Mən çərşənbə axşamı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə humanitar yardımın çatdırılmasını müzakirə edəcəyəm. Biz Suriya xalqının yanındayıq”.

Məlumatda o da diqqətə çatdırılıb ki, yaxın günlərdə Aİ-nin Dubaydakı anbarlarından 50 ton sağlamlıq ləvazimatını sərhəddən paylamaq üçün Türkiyənin Adana şəhərinə daşınacaq. Aİ-nin Danimarkadakı başqa bir anbarından isə Adanaya 46 ton məhsul daşınacaq və Suriya daxilində paylanması üçün UNICEF və Ümumdünya Səhiyyə Təşkilatına veriləcək.

Xatırladaq ki, Avropa Komissiyasının 2024-cü ildə Suriyaya göstərdiyi humanitar yardımının məbləği ümumilikdə 163 milyon avro olub. Son 13 il ərzində isə Aİ və üzv dövlətlər həm ölkə daxilində, həm də regionda suriyalıları dəstəkləmək 33,3 milyard avrodan çox maliyyə səfərbər edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 16 Dekabr 2024 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri