Icma.az
close
up
RU
Aİ Trampın tarif təhdidlərinə cavab verməyə tələsməməlidir Nazir

Aİ Trampın tarif təhdidlərinə cavab verməyə tələsməməlidir Nazir

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avropa İttifaqı (Aİ) rəhbərliyi ABŞ-ın yeni prezidenti Donald Trampın blokla ticarətə idxal tarifləri tətbiq etməklə bağlı hədələrinə konkret addımlarla cavab verməzdən əvvəl onun administrasiyası ilə danışıqlar aparmalıdır.

Bizimyol.info xəbər verir ki, bu barədə Almaniyanın maliyyə naziri Yorq Kukis Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində bildirib.

“Hesab edirəm ki, cavab tədbirləri barədə düşünməzdən əvvəl ilk növbədə ABŞ-la danışıqlar aparmaq lazımdır. Cavab verəcək bir şey olmayana qədər cavab tədbirləri haqqında danışmazdım. Kim bilir, bəlkə də prezident Trampın dünənki bəyanatından anladığım kimi, hələ müzakirə üçün yerimiz var”, - deyə Almaniyanın maliyyə naziri “Bloomberg TV”yə müsahibəsində bildirib.

Tramp Brüssel ABŞ-dan neft və qaz alışını artırmasa, Aİ-ni daha yüksək idxal rüsumları tətbiq edəcəyi ilə hədələyib. Bununla bağlı Kukis qeyd edib ki, “Almaniya artıq ABŞ-dan çox əhəmiyyətli həcmdə neft və qaz idxal edir”. “Siyasətin necə oynamasından asılı olmayaraq, həmişə ən böyük müttəfiqimizin yanında olmaq və transatlantik əlaqələri gücləndirmək bizim maraqlarımıza uyğundur”, - deyə nazir vurğulayıb.

Donald Tramp seçki kampaniyası çıxışlarında dəfələrlə Aİ-dən idxal olunan mallara gömrük rüsumları tətbiq etməklə ABŞ-ın ticarət kəsirini azaltmağı deyil, həm də sahibkarları öz fabriklərini ABŞ-a köçürməyə məcbur edəcəyini vəd edib.

"Politico" qəzetinin qeyd etdiyi kimi, Brüssel hesab edir ki, Respublikaçının verdiyi vədləri yerinə yetirməsi, xüsusən də Almaniyanın avtomobil sənayesi ilə bağlı Aİ-nin ən böyük iqtisadiyyatlarının əksəriyyəti üçün fəlakət ola bilər.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 22 Yanvar 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri