Icma.az
close
up
RU
Aİ Ukrayna ilə bağlı bu qərarları tezləşdirməlidir Kallas

Aİ Ukrayna ilə bağlı bu qərarları tezləşdirməlidir Kallas

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Rusiyaya qarşı sanksiyalar və Ukraynanın maliyyələşdirilməsi mexanizmləri üzərində işi, o cümlədən dondurulmuş Rusiya aktivləri hesabına reparasiya krediti vasitəsilə sürətləndirməyə çağırıb.

Bakupost.az xəbər verir ki, o, bunu Brüsseldə Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri ilə videokonfransın yekununda bəyan edib.

Kallas qeyd edib ki, Ukraynaya dəstəyin bir neçə variantı mövcuddur, lakin Rusiyanın dondurulmuş aktivlərindən istifadə ən səmərəli yoldur:

"Reparasiya krediti üzərində işin davam etdirilməsi və konkret təkliflərin hazırlanması barədə bəyanatı alqışlayıram. Siyasi razılaşdırma tələb edən çoxlu nüanslar var, lakin bu kreditlərin verilməsinin zəruriliyi barədə ümumi anlayış mövcuddur. Üzv dövlətlər qanunvericilik təklifini görmək istəyirlər və Avropa Komissiyası bunun üzərində işləyir. Prosesi sürətləndirmək lazımdır, çünki aydındır ki, Rusiya bunu istəmir".

Hələ həll olunmamış məsələlər arasında – əsas hissəsi Belçika ərazisində saxlanılan dondurulmuş aktivlərlə bağlı narahatlıq da var. Kallasın sözlərinə görə, müzakirə iştirakçıları razılaşıblar ki, əgər müəyyən risklər mövcuddursa, onların necə bölüşdürülməsini müəyyənləşdirmək lazımdır.

O, Aİ-nin həm sanksiyalar, həm də Kiyevə maliyyə dəstəyi mexanizmləri üzərində işi davam etdirməli olduğunu vurğulayıb.

Sülh yolu ilə nizamlanma perspektivlərinə toxunan Kallas əlavə edib ki, istənilən razılaşmalar Moskvanın güzəştlərini əhatə etməlidir: "Hər bir ölkə silahlı qüvvələrinin sayını müstəqil şəkildə müəyyən etmək suveren hüququna malikdir. Məhz buna görə biz Rusiyanın qurduğu tələyə düşməməliyik. Ukrayna heç vaxt Rusiyaya hücum etməyib. Buna görə diqqət Rusiyanın hansı güzəştlərə hazır olacağına yönəlməlidir".


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 26 Noyabr 2025 19:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see742

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see573

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see323

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see317

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see286

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see284

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see278

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see273

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see272

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see268

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see268

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see267

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see265

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see246

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see231

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see227

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see220

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see215

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see200

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri