Icma.az
close
up
RU
Aİ Ukrayna məsəıəsi üçün xüsusi elçi təyin etməyi planlaşdırır

Aİ Ukrayna məsəıəsi üçün xüsusi elçi təyin etməyi planlaşdırır

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Avropa İttifaqında Ukrayna münaqişəsi üzrə danışıqlarda Aİ-ni təmsil edəcək xüsusi elçi postunun yaradılması ideyası müzakirə olunur.

Redaktor.az xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.

 Nəşrin yazdığına görə, bir sıra Avropa ölkələrinin hökumətləri ABŞ-nin Rusiya ilə Avropanın iştirakı olmadan razılaşma əldə edə biləcəyindən ehtiyat edərək Brüsselə təzyiq göstərir.

Mənbələrin bildirdiyinə görə, təşəbbüsün tərəfdarları sırasında Fransa və İtaliya da var və bu məsələ üzrə Avropa Komissiyasının dəstəyi təmin edilib. Diplomatlar hesab edirlər ki, Aİ danışıqlar masasında söz sahibi olmadan Ukraynanın mümkün gələcək NATO üzvlüyü kimi “qırmızı xətləri” qorumaqda çətinlik çəkə bilər.

Brüsseldəki rəsmi şəxslərdən biri Politicoya bildirib ki, Avropanın təhlükəsizliyinə birbaşa təsir edən məsələlər yalnız ABŞ ilə müzakirə edilə bilməz. Onun sözlərinə görə, Vaşinqtona verilən mesaj Moskva ilə dialoq qədər önəmlidir.

Aİ-nin yüksəkvəzifəli nümayəndəsinin təsdiqlədiyinə görə, xüsusi elçi postunun yaradılması ideyası ilk dəfə 2025-ci ilin martında keçirilən Aİ sammitində müzakirə olunub. Hazırda bu vəzifənin səlahiyyətləri və formatı ilə bağlı detallara aydınlıq gətirilir.

Nəşrin məlumatına əsasən, dörd diplomat Finlandiya prezidenti Aleksandr Stubbun mümkün namizəd kimi tez-tez gündəmə gəldiyini qeyd edib. Mərkəz-sağ mövqeli təcrübəli diplomat olan Stubb ABŞ prezidenti Donald Trampla qolf oynayarkən şəxsi münasibətlər qurub. Finlandiya isə Rusiya ilə sərhəddə yerləşir.

Bununla yanaşı, mənbələrdən biri Rusiya prezidenti Vladimir Putinlə nə vaxt danışmağın daha məqsədəuyğun olduğu sualının da müzakirə edildiyini bildirib. Diplomatın sözlərinə görə, belə bir addımın onun mövqelərini legitimləşdirmək riski yarada biləcəyi ilə bağlı narahatlıqlar var.

Politico qeyd edir ki, namizədlərlə bağlı müzakirələr hələlik erkən mərhələdədir. Daha əvvəl isə Rusiya Federasiya Şurasında Avropa ilə dialoqun bərpası üçün şərtlərin adlandırıldığı bildirilmişdi.

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 14 Yanvar 2026 09:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see344

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see340

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see339

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see301

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see293

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see291

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see288

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see278

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see277

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see269

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see268

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see225

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri