Aİ Ukrayna və Moldovaya 153 milyon avroluq humanitar yardım göndərəcək
Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Aİ Ukrayna və Moldovaya, davam edən Rusiya hücumları nəticəsində Ukrayna enerji infrastrukturunun dağılması səbəbindən elektrik və istilik olmadığı üçün 153 milyon avro həcmində təcili yardım göndərəcək.
"Report"un Avropa bürosu Avropa Komissiyasına (AK) istinadən xəbər verir ki, 145 milyon avro Ukraynaya mənzil, qida, maddi yardım, psixososial dəstək eləcə də, su və tibbi xidmətlər üçün ayrılacaq.
Qalan məbləğ Moldovadakı Ukrayna qaçqınlarına dəstək üçün nəzərdə tutulub. "Rusiyanın Ukraynanın enerji infrastrukturuna davam edən hücumları səbəbindən ölkədə milyonlarla insan soyuqdan donur", - AK qeyd edib.
Aİ həmçinin Ukraynaya dəstək məqsədilə bu həftə xəstəxanaların, sığınacaqların və digər kritik əhəmiyyətli xidmətlərin elektrik təchizatının bərpası üçün 3,7 milyon avro dəyərində 447 elektrik generatoru göndərib.
Əsas xidmətlərin işləməsinə kömək etmək üçün hazırda "RescEU"in strateji ehtiyatlarından daha 500 generator hazırlanır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:28
Bu xəbər 29 Yanvar 2026 17:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















