Icma.az
close
up
RU
Aİ Ukraynadan əlini çəkir?

Aİ Ukraynadan əlini çəkir?

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Artıq Avropa İttifaqı da Ukraynanı meydanda yalnız buraxır. Ukraynanın Aİ-dən gözləntiləri boşa çıxır - bu günə kimi Kiyevə ümid verən, onu müasir hücum xarakterli silahlarla təchiz edəcəyinə, həm də ona daha əlavə maliyyə vəsaiti ayıracağına əmin edən “köhnə qitə” öz sözündən dönür. Belə ki, Avropa İttifaqı  Ukraynaya 20 milyard avro məbləğində yeni hərbi yardım paketinin hazırlanmasını dayandırmaq qərarına gəlib.

Səbəbkar Macarıstan və Sloveniyadır?

Xatırladaq ki, bir neçə gün öncə Tramp administrasiyası Ukraynaya hərbi-maliyyə yardımını tamamilə dayandırdığını bəyan etmişdi. Təbii ki, Tramp belə bir addım atmağa Ağ Evdə Zelenski ilə yaşanan gərgin mübahisədən sonra qərar verib. Tramp Zelenski ilə normal dialoqun yalnız Kiyevin Rusiya ilə danışıqlar masası arxasına oturmağa hazır olduqdan sonra mümkün olduğunu bildirib.

Bu arada martın 2-də Londonda keçirilən sammitdə Aİ-nin və Avropa ölkələrinin liderləri, eləcə də Kanada və NATO-nun rəhbəri Ukraynanı yalnız qoymayacaqlarını və sona qədər Kiyevin arxasında olacaqlarını bəyan etdilər. Belə demək mümkünsə, Zelenskiyə mübarizəni davam etdirmək üçün ümid verdilər. Amma Aİ-nin son qərarından görünür ki, dünən Ukraynaya söz verənlər, bu gün öz sözündən dönürlər. Görəsən, Aİ-ni öz vədindən dönməyə nə vadar edib? Qərb KİV-inin məlumatında qeyd olunur ki,  Aİ Şurasında Ukraynaya növbəti hərbi yardım paketi ilə bağlı qızğın müzakirələr aparılan zaman Macarıstan və Sloveniya bu paketin hazırlanmasına qarşı çıxıblar. Hər iki ölkə paketə veto qoyublar. Doğrudur, Avropa İttifaqının qanunvericiliyinə görə, Aİ Şurasında istər daxili, istərsə də xarici siyasətlə bağlı məsələlərin müzakirəsində bütün üzv dövlətlərin rəyi nəzərə alınır və qərarlar konsesus çərçivəsində qəbul olunur - əgər bir üzv ölkə hər hansı qərara veto qoyursa, o qərar icra olunmur.

Amma maraqlısı budur ki, Rusiya ilə Ukrayna arasında müharibə başladıqdan sonra, hətta müharibədən əvvəl Aİ Şurasında Rusiyaya qarşı sanksiya paketləri müzakirə olunan zaman Macarıstan bu paketlərin bir çoxuna veto qoymuşdu. Budapeştin etirazlarına baxmayaraq, bu sanksiya paketləri qüvvəyə mindi. Necə olur ki, vaxtilə Macarıstanın mövqeyini nəzərə almayan Brüssel və Aİ-nin üzv ölkələri indi onun veto hüququna hörmət edirlər. Ekspertlərin fikrincə, Aİ-nin bu addımı onun Ukraynada müharibənin tez bir zamanda başa çatmasında maraqlı olmasından irəli gəlir və yaxın zamanda bunun reallaşması üçün müxtəlif bəhanələrə əl atacağı istisna deyil. 

Məsələ ilə bağlı politoloq İlyas Hüseynov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, ABŞ-dan sonra Avropa İttifaqı da Ukraynaya bütün dəstəyi dayandıracaq: “Ağ Evdə Tramp ilə Zelenski arasında son gərgin görüşdən sonra Qərb yarımkürəsində Ukraynaya münasibətin kəskin dəyişdiyini görürük. Artıq ABŞ Ukraynaya hərbi-siyasi və iqtisadi yardımları dayandırdı. Hətta Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsinə də qadağa qoyulub. Sözsüz ki, bu da digər Qərb dairələrinə təsirsiz ötüşməyə bilməzdi. Aİ və Avropa ölkələri aydın şəkildə başa düşüblər ki, daha əvvəlki vəziyyət olmayacaq və Ukraynadakı proseslər onların əleyhinə cərəyan edir. Nəticə etibarı ilə Aİ Ukraynaya 20 milyard avro dəyərində hərbi yardım paketinin hazırlanmasını dayandırmaq qərarına gəldi. Bu onu deməyə əsas verir ki, Aİdə Ukraynanı Rusiya ilə müharibə meydanında yalnız buraxmaq niyyətindədir”.

Aİ son qərarı ABŞ-ın təzyiqi altında verib

“Şübhəsiz ki, Avropa İttifaqının liderləri ABŞ-ın ciddi təzyiqləri ilə üzləşiblər. Bu, onları çıxılmaz vəziyyətə salıb. Onların bu qərarında Vaşinqtonun rolu danılmazdır.  Bu, ABŞ-ın Avropa üzərində təsir rıçaqlarının güclü olduğunu, eləcə də Aİ-nin ABŞ-dan asılılığını göstərir. Aİ Ukrayna ilə bağlı bundan sonrakı qərarlarında da ABŞ-ın mövqeyini nəzərə almaq məcburiyyətində olacaq,” - deyə İ.Hüseynov vurğulayıb.

Zelenski çıxılmaz vəziyyətdə qalıb

Politoloq bildirib ki, Ukraynada çox ağır və acınacaqlı durum hökm sürür: “Qərb analitiklərinin fikirlərinə görə, Ukraynada müharibənin sona çatması üçün rəsmi Kiyevin ərazi güzəştinə getməsindən başqa çıxış yolu qalmayacaq. Zelenski daha böyük ərazi itkiləri ilə üzləşməmək üçün Moskva ilə atəşkəs sazişi imzalamaq məcburiyyətində qalacaq. Düzdür, bu hal ölkə daxilində Zelenski hakimiyyətini ciddi müqavimətlə üz-üzə qoyacaq. Amma reallıq budur ki, müharibədə vəziyyət Ukrayna üçün daha mənfi ssenari üzrə inkişaf edir”.

Yunis ABDULLAYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:182
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 Mart 2025 09:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see327

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see319

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see314

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see286

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see278

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see245

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see242

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see232

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see229

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see225

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see222

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see219

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see213

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see209

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see199

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see196

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see196

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see180

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri