Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq
Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ukrayna açıq şəkildə hansısa formada Rusiya ilə anlaşmaya getməyə, ən azı indiki halda atəşkəs barədə razılıq əldə olunmasına təhrik edilir. Hələlik Kiyevin Vaşinqtonun tələblərinə razılıq vermədiyi görünsə də, lakin Ukraynanın sonsuza qədər ABŞ-yə dirəniş göstərəcəyi də az ehtimal olunur. Ekspertlər hesab edirlər ki, Kiyev təhlükəsizlik zəmanəti çərçivəsində Birləşmiş Ştatların təkliflərini qəbul edə bilər.
Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bildirən siyasi ekspert Çingiz Şahbazi deyib ki, burda əsas məsələ Ukraynanın atəşkəşdən sonra özünü necə qorumasıdır:
"Bu baxımdan, ABŞ-dən müdafiəsi üçün hərbi yardımın gələcəyi ilə bağlı qeyri-müəyyənlik, Ukraynanın danışıqlardakı mövqeyinə də təsir edir. Bu baxımdan Aİ-nin də özünün təhlükəsizlik maraqları var və bu səbəbdən də ABŞ-nin hansı qərar qəbul edəcəyini gözləmək fikirində deyillər".
Ekspert qeyd edib ki, Avropanın Rusiyanın gələcək davranışları ilə bağlı narahatlıqları açıq görünməkdədir:
"Bu səbəbdən də Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxan deyil".
Süleyman
Bu mövzuda digər xəbərlər:Orban hakimiyyətdə qalsa, Macarıstan Ukraynanı Aİ yə buraxmayacaq
12 Aprel 2026 11:32
Aİ Ukraynanı silahlandıracaq
19 Mart 2025 16:22
“Politico”: Tramp Ukraynanı taleyin ümidinə buraxmayacaq
13 Noyabr 2024 18:33
“Bu, Ukraynanı Rusiya qarşısında tək qoymaqdır”
21 Noyabr 2025 10:58
Aİ Ukraynanı silahlandırmağa çağırıb
29 Aprel 2025 18:35
Baxış sayı:264
Bu xəbər 21 Oktyabr 2026 16:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















