Icma.az
close
up
RU
Aİ Ukraynaya iki il ərzində 90 milyard avro kredit ayıracaq

Aİ Ukraynaya iki il ərzində 90 milyard avro kredit ayıracaq

Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Avropa İttifaqı (Aİ) liderləri Ukraynaya növbəti iki il ərzində 90 milyard avro məbləğində kredit ayrılması barədə razılığa gəliblər. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Financial Times” (FT) Brüsseldə keçirilən Aİ sammitində iştirak edən mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, kredit vəsaitləri Avropada dondurulmuş Rusiya aktivləri hesabına deyil, Aİ-nin ümumi büdcəsində istifadə olunmamış vəsaitlər hesabına təmin ediləcək. Razılaşmaya əsasən, Ukrayna bu krediti yalnız Rusiya müharibə ilə bağlı təzminat ödədikdən sonra geri qaytarmalı olacaq.
FT yazır ki, qərar 19 dekabr səhər tezdən, təxminən 16 saat davam edən gərgin müzakirələrdən sonra qəbul edilib. Qəzetin qiymətləndirməsinə görə, kreditin Rusiya aktivləri ilə deyil, Aİ vergiödəyicilərinin vəsaitləri ilə maliyyələşdirilməsi Almaniya kansleri Fridrix Merz və Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen üçün siyasi zərbə olub. Onlar Ukraynaya kreditin dondurulmuş Rusiya aktivləri hesabına verilməsini müdafiə edir və Belçikanın Baş naziri Bart de Veveri etirazını geri götürməyə razı salmağa çalışırdılar.
Fridrix Merz açıqlamasında bildirib ki, əgər Rusiya təzminat ödəməsə, kreditin qaytarılması üçün dondurulmuş Rusiya aktivlərindən istifadə edilə bilər. Danışıqlarda iştirak edən Aİ rəsmilərindən biri isə qeyd edib ki, Aİ “Kiyevə pul vermək öhdəliyini deyil, bunun hansı mexanizmlə ediləcəyini” üzərinə götürüb.
Belçika tərəfi Rusiya aktivlərindən istifadə olunacağı təqdirdə mümkün məhkəmə prosesləri və cavab tədbirləri ilə bağlı “məhdudiyyətsiz risklər” olduğunu bildirərək, bu risklərin bütün Aİ ölkələri arasında bölüşdürülməsini tələb edib. Nəticədə Aİ liderləri bu yanaşmanı qəbuledilməz hesab ediblər.
FT-nin məlumatına görə, Fransa və İtaliya alternativ olaraq kreditin Aİ-nin ümumi büdcəsi hesabına təmin edilməsi təklifini irəli sürüblər. Sammit iştirakçıları razılaşıblar ki, qəbul edilən 90 milyard avroluq kredit planı Çexiya, Macarıstan və Slovakiyaya heç bir əlavə maliyyə öhdəliyi yaratmır. Həmin ölkələr daha əvvəl Ukraynanın maliyyələşdirilməsi üçün Aİ vəsaitlərindən istifadəyə qarşı olduqlarını açıqlamışdılar.
FT xatırladır ki, Ukrayna əlavə maliyyə dəstəyi olmadan 2026-cı ilin əvvəlində maliyyə çöküşü riski ilə üzləşə biləcəyini bəyan edib.
Qeyd edək ki, Rusiya Maliyyə Nazirliyinin məlumatına görə, 2022-ci ildə ABŞ, Aİ və digər Qərb ölkələri Rusiyanın təxminən 300 milyard dollarlıq qızıl-valyuta ehtiyatlarını dondurublar. “Reuters” agentliyinin oktyabr məlumatına əsasən, Avropada dondurulmuş Rusiya aktivlərinin həcmi 210 milyard avro təşkil edir və bunun 185 milyard avrosu “Euroclear”da saxlanılır. Rusiya maliyyə naziri Anton Siluanov isə bildirib ki, bu aktivlərin müsadirəsi halında Moskvanın cavab tədbirləri planı mövcuddur.
Elnur Əli
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 19 Dekabr 2025 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see628

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see258

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see235

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see234

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see213

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see212

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see212

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see198

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see192

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see187

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see177

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see175

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see170

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see169

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see168

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see156

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see154

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see152

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see150

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri