Aİ Ukraynaya vəd etdiyi bir milyon artilleriya mərmisini təhvil verib
Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Avropa İttifaqının vəd etdiyi bir milyon artilleriya mərmisi Ukraynaya təhvil verdi.
Gununsesi.info xəbər verir ki, bunu Aİ-nin xarici siyasət komissarı Josep Borrell bildirib.
“Biz də Ukraynaya 1 milyon sursat vermək öhdəliyimizi yerinə yetirdik və qışın sonuna qədər 75 min Ukrayna əsgəri hazırlayacağıq“-deyə Borell əlavə edib.
Onun sözlərinə görə, Aİ və onun üzv dövlətləri Ukraynanın əsas tərəfdarlarıdır və getdikcə Avropa yardımının həcmini artırır.
Eyni zamanda, o qeyd edib ki, hazırkı yardım səviyyəsi döyüş meydanında vəziyyəti Ukraynanın xeyrinə dəyişmək üçün yetərli deyil.
Buna görə Aİ köməyini gücləndirməli və Ukrayna müdafiəçilərinə qırmızı xətt tətbiq etmək siyasətindən imtina etməlidir.
Borrel onu da bildirib ki, ümumilikdə Aİ ilin sonuna qədər Ukraynaya 1,5 milyondan çox sursat tədarük etməlidir.
Qeyd edək ki, 2023-cü ilin martında Aİ-yə üzv ölkələr Kiyevə bir il ərzində, yəni 2024-cü ilin martına qədər bir milyon mərmi tədarük etməyi öhdələrinə götürmüşdülər.
Bununla belə, istehsal gecikmələri və ehtiyatların tükənməsi ilə əlaqədar deyilən vaxtda bu yerinə yetirilməmişdi.
Şəbnəm
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 19 Noyabr 2024 11:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















