Icma.az
close
up
RU
Aİ: Xarici agentlər haqqında qanun Gürcüstanı demokratiyadan uzaqlaşdırır

Aİ: Xarici agentlər haqqında qanun Gürcüstanı demokratiyadan uzaqlaşdırır

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Xarici agentlərin qeydiyyatı haqqında akt – ABŞ-ın FARA (Foreign Agents Registration Act) qanununun dəqiq analoqu – Gürcüstanda demokratiya üçün ciddi bir geriləmədir.

Bizimyol.info xəbər verir ki, bu barədə Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyinin saytında dərc olunmuş, Avropa diplomatiyasının rəhbəri Kaja Kallas və Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos tərəfindən verilmiş birgə şərhdə bildirilir.

"Gürcüstanın "Xarici agentlərin qeydiyyatı haqqında" qanunu ölkənin demokratiyası üçün ciddi geriləmədir. Bu qanunun, eləcə də "Mətbuat haqqında" və "Qrantlar haqqında" qanunların qəbulu, Gürcüstan hakimiyyəti tərəfindən fərqli düşüncələrin susdurulmasına, azadlıqların məhdudlaşdırılmasına, vətəndaş cəmiyyəti fəallarının və müstəqil medianın daha da sıxışdırılmasına yönəlmiş aqressiv addımlardır. Bu repressiv tədbirlər Gürcüstanın demokratik əsaslarının inkişafı üçün təhlükə yaradır", – deyə Avropa rəsmilərinin birgə bəyanatında qeyd olunur.

Eyni zamanda, Kallas və Kos bildirirlər ki, əgər Tbilisi demokratiyadan uzaqlaşma tendensiyasına qarşı addımlar atarsa, Avropa İttifaqı Gürcüstanın təşkilata üzvlük yoluna qayıdışını müzakirə etməyə hazırdır. Brüsseldə bu vəziyyətə görə bütün məsuliyyətin Gürcüstan hakimiyyətinin üzərində olduğu vurğulanır.

Xarici agentlərin qeydiyyatı haqqında akt şənbə günü qüvvəyə minib. Gürcüstan Parlamenti qanunu 1 aprel tarixində üçüncü və yekun oxunuşda qəbul edib. Ötən il kütləvi etirazlar fonunda qəbul edilmiş "Xarici təsirin şəffaflığı haqqında" qanundan fərqli olaraq, bu yeni qanun 5 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur və həm təşkilatlara, həm də fiziki şəxslərə şamil olunur. Qanun Qanunvericilik Bülleteninin portalında dərc edildikdən 60 gün sonra qüvvəyə minib.

Qanunun təşəbbüskarları olan iqtidardakı "Gürcü Arzusu – Demokratik Gürcüstan" partiyasının nümayəndələri bildiriblər ki, ötən il qəbul edilən qanun lazımi şəkildə icra olunmayıb. Yeni qanun xaricdən maliyyələşən və ölkədə sabitliyi pozmağa çalışan təşkilatlarla mübarizəni gücləndirmək məqsədi daşıyır. Gürcüstan hakimiyyəti dəfələrlə bəyan edib ki, xarici maliyyə alan QHT-lər ölkədə inqilab cəhdlərində mühüm rol oynayıb.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:54
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 31 May 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri