Icma.az
close
up
RU
Aİ yə üzvlüklə bağlı tarixi sövdələşmə Ərdoğan masaya türk ölkəsini qoyur?

Aİ yə üzvlüklə bağlı tarixi sövdələşmə Ərdoğan masaya türk ölkəsini qoyur?

News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ-ın NATO-nu tərk edəcəyinə dair xəbərlər geniş şəkildə tirajlanır. Proses fonunda Türkiyənin alyans daxilində, eləcə də Avropanın siyasi həyatında rolunun artacağı şübhəsizdir. Bunun isə yekunda Türkiyənin Avropa İttifaqına (Aİ) üzv olması ilə nəticələnəcəyi deyilir. Maraqlı məqam Ankaranın bu halda Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin tanınmasını şərt kimi irəli sürəcəyi haqda deyilənlərdir.

Globalinfo.az-a danışan deputat Elçin Mirzəbəyli deyib ki, ABŞ-ın NATO-nu tərk edə biləcəyi ilə bağlı mülahizələr, qənaətimə görə, Şimali Atlantika Alyansına üzv olan dövlətləri, xüsusilə də Avropa İttifaqı ölkələrini belə bir perspektivə inandırmaq və onları NATO-ya daha çox vəsait ayırmağa məcbur etmək üçün həyata keçirilən informasiya təzyiqidir:

“Qeyd edim ki, 2024-cü ilin statistik göstəricilərinə görə, NATO-nun illik büdcəsinin 66,8%-ni ABŞ-ın ayırdığı vəsait təşkil edib. Eyni ildə alyansın büdcəsinin 6,8%-i Almaniya, 6,7%-i Britaniya, 4,9%-i Fransa, 19,7%-i isə digər üzv ölkələr tərəfindən təmin edilib. İndi Birləşmiş Ştatların NATO-nu tərk etdiyini və yerdə qalan 31 üzvün üzərinə düşəcək maliyyə yükünü təsəvvür edin. Sadəcə məsələnin maliyyə tərəfinin önə çıxarılması ABŞ-ın NATO-nu tərk edəcəyi təqdirdə Alyansın mövcudluğuna son veriləcəyini anlamaq üçün yetərlidir. Bu sıraya Şimali Atlantika hərbi-siyasi alyansının təhlükəsizlik konfiqurasiyasının bütövlükdə ABŞ-dan asılı olduğunu nəzərə alsaq, o zaman mənzərə daha da aydın olur”.

Politoloq qeyd edib ki, ABŞ NATO-nu tərk etsə, alyans dağılacaq:

“O zaman Alyansa üzv ölkələrin əhəmiyyətli hissəsinin bu qurumda qalacaqlarına inanmaq çətindir. Hər kəs özünə yeni müdafiə çətiri axtaracaq. Təbii ki, yeni dünya nizamına uyğun olaraq. Bu nizamın həm hüquqi, həm coğrafi, həm də hərbi-siyasi konturları bəlli olmadığı üçün kimin harada təmsil olunacağını, həmçinin ABŞ-ın NATO-nu tərk edəcəyini birmənalı şəkildə proqnozlaşdırmaq bir qədər çətindir”.

E.Mirzəbəylinin sözlərinə görə, Türkiyənin Avropa İttifaqına üzvlüyü ilə bağlı mülahizələri NATO ilə əlaqələndirmək doğru deyil:

“Türkiyənin Aİ istiqamətində gedişi maraqlı və diqqətçəkəndir. Nə qədər real olduğunu isə zaman göstərəcək. Bütün hallarda Türkiyənin yeni dünya nizamının, ən azı gözlə görülə biləcək coğrafi cizgiləri bəlli olmadan, yekun qərar qəbul edəcəyini düşünmürəm. Ankara yaranmış vəziyyətdən istifadə edərək, öz gərəkliliyini daha da artıracaq və ola bilsin ki, həlledici faktora çevirəcək. Şimali Kipr Türk Cümhuriyyəti məsələsinə gəldikdə isə Türkiyənin ŞTKC-ni Avropa İttifaqına üzvlük məsələsində əsas şərt kimi irəli sürüləcəyini gözləmirəm. ŞKTC bir dövlət kimi baş tutub və hətta Aİ-nin bir çox ölkələrindən daha çox hüquqi-demokratik idarəçilik sisteminə malikdir. Hazırda Türkiyənin Aİ-yə üzvlüyünün real ola biləcəyi ehtimalının yüksək olmadığını, daha doğrusu Ankaranın, xüsusilə də indiki dövrdə belə bir qərar verməyə tələsməyəcəyini düşünürəm. Zənnimcə, bu barədə yayılan məlumatlar daha çox ictimai rəyin və reaksiyaların öyrənilməsinə xidmət edən bir gedişdir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://news24.az
archiveBu xəbər 10 Mart 2025 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see660

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see275

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see250

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see229

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see219

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see210

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see187

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see187

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see183

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see170

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see166

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see159

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see155

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see153

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see151

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see146

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see146

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see145

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see139

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri