Icma.az
close
up
RU
AİB Azərbaycanın etibarlı maliyyə tərəfdaşıdır

AİB Azərbaycanın etibarlı maliyyə tərəfdaşıdır

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Bank ölkəmizə 5 milyard dollar yatırım qoyub

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Şahin Babayevin Asiya İnkişaf Bankının (AİB) özəl sektorun inkişafı üzrə regional direktoru Enriko Pinalinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı ölkəmizdə nəqliyyat sektorunun inkişafı, bu sahədə AİB tərəfindən icra olunan layihələrlə bağlı müzakirələr aparılıb. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmovun bankın ölkəmizdəki nümayəndəliyinin rəhbəri xanım Sunniya Durrani-Camalla görüşündə isə rəqəmsallaşma, dekarbonizasiya, dayanıqlılıq və digər istiqamətlərdə əməkdaşlıq barədə fikir mübadiləsi olub, eləcə də iki qurum arasında səmərəli tərəfdaşlıq münasibətləri və AİB-in Azərbaycanın dəmiryol infrastrukturunun inkişafına dəstəyi yüksək qiymətləndirilib.

Bildirilib ki, enerjiyə qənaət, bərpa olunan enerji istehsalı, tullantıların idarə olunması, resursların səmərəli istifadəsi kimi sahələr karbon izinin azaldılmasına böyük önəm verən “Azərbaycan Dəmir Yolları” ilə bank arasında əməkdaşlığın yeni mərhələsi kimi nəzərdən keçirilə bilər.

Görüşdə, həmçinin AİB-in dəstəyi ilə həyata keçirilən Azərbaycan dəmiryol sisteminin rəqəmsallaşdırılması, Sumqayıt – Yalama dəmiryol xəttinin bərpası kimi layihələr və yeni istiqamətlərdə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, son illər ölkəmizin maliyyə-bank sisteminin sağlamlaşdırılması və monetar siyasətin üzən məzənnə rejimi üzərində təkmilləşdirilməsi, həmçinin beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində çoxsaylı layihələr həyata keçirilib. Prezident İlham Əliyev 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”də bununla bağlı nəzərdə tutulan müəyyən tədbirlərin icrası diqqət mərkəzində saxlanılıb. Respublikada investisiya mühitinin daha da yaxşılaşdırılmasına müsbət təsir göstərən məsələlərin həlli, beynəlxalq maliyyə institutları ilə əlaqələrin genişləndirilməsi də gerçəkləşdirilib.

Xatırladaq ki, Azərbaycan və AİB arasında səmərəli əməkdaşlığın həyata keçirildiyi 26 il ərzində ölkəmizin bu maliyyə qurumu ilə tərəfdaşlığı getdikcə dərinləşib. Bankın ətraf mühit, rəqəmsal inkişaf, dövlət – özəl sektor tərəfdaşlığı, enerji, ölkəmizin tranzit – logistika potensialının artırılması və müxtəlif infrastruktur layihələrinin maliyyələşdirilməsində yaxından iştirakı daim diqqətdə saxlanılıb.

Yeri gəlmişkən, AİB Azərbaycanla əməkdaşlığında ölkəmizin iqtisadiyyatının şaxələndirilməsi, inklüziv artımın təşviqi ilə bağlı hər zaman önəmli addımlar atıb. Eyni zamanda, COP29-un ev sahibi seçilməsi münasibətilə Azərbaycanı təbrik edən və ölkəmizin “yaşıl” inkişaf gündəliyinin əhəmiyyətini yüksək dəyərləndirən ölkələrdən biri olub.

AİB hazırda ölkəmizin nəqliyyat, dəmiryolu və bərpaolunan enerji infrastrukturu layihələrinə böyük maraq göstərir, bu istiqamətdə respublikamızın aidiyyəti dövlət qurumları ilə müzakirələr aparır.

Beynəlxalq maliyyə təşkilatı olan AİB 1966-cı ildə yaradılıb. Əsas məqsədi Asiya məkanında, bütövlükdə, Şərq ölkələrində iqtisadiyyatın inkişafına yardım göstərməkdən ibarət olan bankın baş ofisi Filippinin Manila şəhərində yerləşir. AİB-ni maliyyələşdirən 67 üzv-ölkə var ki, onlardan 48-i Asiya və Sakit Okeanı regionunda yerləşir.

Azərbaycan Respublikası 1999-cu il oktyabrın 20-də Asiya İnkişaf Bankına üzvlüyə qəbul olunub. 2004-cü ilin noyabr ayından etibarən isə təşkilatın ölkəmizdə nümayəndəliyi fəaliyyət göstərir. Azərbaycanın AİB-in səhmlərində payı 0,447 faiz təşkil edir.

Ötən müddətdə Azərbaycan Respublikası AİB-dən ümumi dəyəri, təxminən, 5 milyard dollardan çox olan kredit, qrant və texniki yardımlar əldə edib. Bu layihələr əsasən maliyyə, dövlət sektorunun idarə edilməsi, kənd təsərrüfatı, enerji, səhiyyə, su idarəçiliyi və nəqliyyat sahələrinə aiddir. Hökumətin Milli İqtisadiyyat Perspektivi üzrə Strateji Yol Xəritəsinə dəstək olaraq AİB-in Azərbaycana qısa və orta müddətli yardımı dövlət sektorunun idarə etməsi, nəqliyyat və enerji, eləcə də şəhər yerlərinin infrastrukturu və özəl sektorun inkişafı sahələrində əməliyyatları ehtiva edəcək.

Azərbaycanla AİB arasında səmərəli əməkdaşlıqdan danışarkən, onu da qeyd etməliyik ki, bank tərəfindən ayrılan investisiya əsasən infrastruktur sahəsinə yönəldilib. Məsələn, elektrik enerjisinin istehsalı, dəmir yolu tikintisi, yol salınması, su və kanalizasiya ilə bağlı çoxsaylı layihələrin gerçəkləşdirilməsi bunun bariz ifadəsidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Fevral 2025 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see545

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see406

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see298

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see293

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see287

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see279

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see269

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see268

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see256

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see247

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see235

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see228

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see221

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see201

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see192

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see185

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see184

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see183

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see174

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri