AİB: Biz Azərbaycan ilə əməkdaşlığımızı davam etdirəcəyik
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 23 sentyabr, AZƏRTAC
Dünya bazarlarına çıxmaq üçün infrastruktur layihələrin həyata keçirilməsi vacibdir. Azərbaycanda infrastruktur layihələri var və dünya bazarına çıxışı təmin olunub.
AZƏRTAC xəbər verir ki, bu sözləri Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Camal 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Strateji investisiyalar və maliyyə” mövzusunda keçirilən panel iclasında çıxışı zamanı deyib.
O bildirib ki, investisiyaların cəlb edilməsi üçün infrastruktur layihələrini maliyyələşdirmək lazımdır.
“İnvestisiya üçün hüquqi əsaslar və iqtisadi səmərəlilik nəzərə alınır. Biz infrastruktur layihələrini maliyyələşdirməyə hazırıq. Bu layihələr iqtisadi inkişaf ilə yanaşı gəlirlərin artmasına da səbəb olur. Hər hansı regional layihənin maliyyələşməsi üçün onun potensialı və iqtisadi sistemi öyrənilir, daha sonra layihənin dayanıqlılığı və sabitliyi nəzərə alınır. Azərbaycanda həyata keçirilən infrastruktur layihələr beynəlxalq əhəmiyyət daşıyır və biz Azərbaycan ilə əməkdaşlığımızı davam etdirəcəyik”, - deyə Sunniya Durrani-Camal vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 23 Sentyabr 2025 15:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















