AİB in elektrik şəbəkələrinə modernləşdirilmə dəstəyi
Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın paylayıcı elektrik şəbəkəsinin modernləşdirilməsi və rəqəmsallaşdırılması layihəsinin texniki-iqtisadi əsaslandırmasının hazırlanması və kompleks yoxlanılması üçün beynəlxalq konsaltinq şirkətini cəlb edəcək.
Bankın bu barədə yaydığı açıqlamaya görə, məsləhət xidmətlərinin büdcəsi 350 min ABŞ dolları təşkil edir. Müqavilənin icra müddətinin 12 ay, işlərin təxmini başlanma tarixinin isə 2027-ci il yanvarın 18-nə nəzərdə tutulur. Layihənin icraçı və həyata keçirici orqanı qismində “Azərişıq” ASC çıxış edəcək.
Məsləhətçi şirkət ölkənin elektrik paylayıcı infrastrukturunun müasirləşdirilməsi və rəqəmsallaşdırılması layihəsi üçün texniki-iqtisadi əsaslandırma sənədi hazırlamalıdır. Layihəyə 110 kilovolt və 35 kilovoltluq rəqəmsal yarımstansiyaların, eləcə də onlarla əlaqəli elektrik verilişi xətlərinin tikintisi və müasirləşdirilməsi, məsafədən idarə olunan paylayıcı transformator məntəqələrinin və orta/aşağı gərginlikli xətlərin quraşdırılması, dispetçer idarəetməsi və məlumatların toplanması sistemlərinin, telekommunikasiya infrastrukturunun, təkmilləşdirilmiş paylayıcı idarəetmə sistemlərinin və intellektual uçotun tətbiqi, elektrik enerjisi itkilərinin azaldılması və şəbəkənin bərpa olunan enerji mənbələrinin inteqrasiyasına qarşı dayanıqlılığının artırılması üzrə tədbirlərin həyata keçirilməsi daxildir.
Bundan əlavə, məsləhətçi şirkət texniki, iqtisadi, maliyyə, ekoloji və sosial risklərin (iqlim dayanıqlılığı və rəqəmsal təhlükəsizlik məsələləri daxil olmaqla) qiymətləndirilməsini həyata keçirəcək, satınalma planını, eləcə də “Azərişıq” ASC heyətinin institusional inkişafı üçün proqram hazırlayacaq.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 24 Oktyabr 2026 11:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















