Icma.az
close
up
RU
AİHM dən Rusiyaya növbəti zərbə Moskva buna görə məsuliyyət daşıyır

AİHM dən Rusiyaya növbəti zərbə Moskva buna görə məsuliyyət daşıyır

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Ukrayna və Niderlandın Rusiyaya qarşı təqdim etdiyi dörd dövlətlərarası iddia üzrə tarixi qərar qəbul edib. Qərarda Rusiyanın Ukraynada sistemli insan hüquqları pozuntularına görə beynəlxalq hüquqi məsuliyyəti rəsmən tanınıb.

Qərar 2014-cü ildən başlayaraq Donbasda, Krımda və 2022-ci il fevralın 24-dən sonra işğal edilmiş Ukrayna ərazilərində baş verən hadisələri əhatə edir. Həmçinin 2014-cü ildə Malayziya Hava Yollarına məxsus MH17 reysi ilə Amsterdamdan Kuala-Lumpura uçan "Boeing 777" təyyarəsinin vurulması da bu işlər çərçivəsində araşdırılıb.

Məhkəmənin qənaətinə görə, Rusiya işğal etdiyi Ukrayna ərazilərində aşağıdakı insan hüquqları pozuntularına görə məsuliyyət daşıyır:

-Dinc sakinlərin və hərbi əsirlərin qətlə yetirilməsi;

-İşgəncələr, qanunsuz həbslər və daxili deportasiyalar;

-Ukraynalı uşaqların qanunsuz olaraq Rusiyaya aparılması;

Ukrayna milli kimliyinin və mədəniyyətinin sistemli şəkildə sıradan çıxarılması.

Bu, ilk dəfədir ki, beynəlxalq məhkəmə Rusiya dövlətini Ukraynaya qarşı genişmiqyaslı işğaldan sonra insan hüquqlarının pozulmasına görə hüquqi məsuliyyətə cəlb edir.

Məhkəmə, həmçinin 2014-cü il MH17 faciəsi ilə bağlı Niderlandın təqdim etdiyi iddianı da haqlı sayıb. Qərarda qeyd olunur ki, təyyarə Rusiyaya məxsus "Buk" zenit-raket kompleksi ilə vurulub və həmin kompleks Rusiya ərazisindən Ukraynanın şərqinə gətirilib. Bu, Rusiyanın məsuliyyətini beynəlxalq səviyyədə rəsmiləşdirən ilk qərardır. Təyyarə qəzasında həlak olmuş 298 nəfərin ailələri bu qərarı “ədalət yolunda mühüm addım” kimi qiymətləndiriblər.

Moskva isə bu qərarı rədd edib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, “AİHM-in bu qərarları hüquqi cəhətdən bizim üçün heç bir əhəmiyyət daşımır. Rusiya artıq AİHM-in yurisdiksiyasını tanımır və bu qərarları yerinə yetirmək niyyətində deyil”.

Xatırladaq ki, 2022-ci ilin martında Rusiya Avropa Şurasından xaric edildikdən sonra AİHM qərarlarını tanımadığını elan etmişdi. Lakin məhkəmə bildirir ki, bu tarixədək baş vermiş hadisələrə görə Rusiya yenə də məsuliyyət daşıyır.

AİHM-in bu qərarı Rusiya üçün təkcə reputasiya zərbəsi deyil, həm də beynəlxalq hüquqi təcridin növbəti mərhələsidir. Qərar, gələcəkdə Ukraynadakı hərbi cinayətlərə görə konkret şəxslərin məsuliyyətə cəlb olunması üçün hüquqi baza rolunu oynaya bilər.

Eyni zamanda, MH17 işində Rusiyanın rəsmi şəkildə məsuliyyətli elan edilməsi Kremlin uzun illər apardığı inkar kampaniyasının iflasa uğradığını göstərir. Rusiya artıq beynəlxalq hüquq qarşısında mülki və hərbi cinayətlərə görə cavabdeh bir dövlət kimi qeydə alınır. Bu isə gələcəkdə siyasi, iqtisadi və diplomatik təzyiqlərin hüquqi əsaslarını daha da gücləndirəcək.

Rasim Əliyev
“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 09 İyul 2025 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see278

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see258

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see207

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see199

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see177

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see174

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see169

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see156

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see148

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see148

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see143

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see142

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see141

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri