Icma.az
close
up
RU
Ailə başçısının itirilməsi məsələsi ilə bağlı Ali Məhkəmədən mühüm qərar

Ailə başçısının itirilməsi məsələsi ilə bağlı Ali Məhkəmədən mühüm qərar

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Ali Məhkəmə vahid məhkəmə təcrübəsini müəyyən edən daha bir qərar qəbul edib.

“Qafqazinfo”nun məlumatına görə, mübahisəli hüquqi məsələnin qısa məzmunu belədir ki, iddiaçının əri 31.08.2012-ci ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ölüb. Cavabdeh hüquqi şəxsin əməkdaşı hadisədə təqsirli bilinərək məhkum edilib.

Mərhumun himayəsində iddiaçı ilə nikahından doğulmuş yetkinlik yaşına çatmamış övladları olmuşdur. 10.04.2017-ci il tarixdə iddiaçıya 10.04.2022-ci il tarixədək ikinci dərəcə ilkin əlillik təyinatı aparılıb. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ailə başçısının itirilməsi nəticəsində vurulmuş 141.000 manat məbləğində pulun tutulmasını xahiş edib.

Məhkəmələr iddianın əsaslılığını yoxlayıb və həmin şərtlərin mövcudluğu təsdiq edilmədiyi üçün iddia rədd edilib. Bundan sonra iddiaçı kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

Mülki Məcəllənin 1121-ci maddəsində ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzini almaq hüququ olan şəxslərin dairəsi, o cümlədən bu hüququn yaranma və xitam olunma əsasları nəzərdə tutulub. Bu əsasla iddia irəli sürüldükdə ilk növbədə məhkəmə tərəfindən ölmüş şəxsin ailə başçısı, yəni ailənin dolanacaq xərclərini təmin etmiş yeganə şəxs olub-olmadığı müəyyən edilməli, bu müəyyən edildikdən sonra tələbin təmin edilməsi üçün digər əsasların mövcud olub-olmadığı yoxlanılmalıdır.

Arvadın ölmüş ərin himayəsində olan şəxs hesab edilməsi ilə bağlı hüquqi qiymətləndirmə Ailə Məcəlləsinin 84-cü maddəsindəki əsaslar nəzərə alınmaqla həyata keçirilməlidir. Həmin normada ərin (arvadın) bir-birinə maddi cəhətdən kömək etməli olduqları müəyyən edilsə də, yalnız 84.2-ci maddədə qeyd edilmiş əsaslar olduqda (əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad) birinin digərindən aliment tələb etmək hüququ nəzərdə tutulub.

Nəzərə alınmalıdır ki, sadəcə  nikahda olma faktı və əmək qabiliyyətli arvadın (ərin) Ailə Məcəlləsinin 84-cü maddəsindəki əsaslar və digər üzrlü səbəblər olmadığı halda işləməyərək ərinin (arvadının) gəliri hesabına yaşaması MM-in 1121-ci maddəsinin tələbləri baxımından həmin şəxsin ölən ailə başçısının himayəsində olmuş şəxs kimi qiymətləndirilməsi üçün əsas ola bilməz.

Mübahisələndirilən məhkəmə qətnaməsindən görünür ki, məhkəmə iddianın əsaslı olub-olmadığını MM-in 1121.1.3-cü (ölənin himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna möhtac olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü - əmək qabiliyyətindən asılı olmayaraq ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi)  maddənin tələbləri baxımından yoxlamayıb, həmin normadakı əsasların mövcud olub-olmadığı araşdırılmayıb.

Həmin normaya əsasən, ölənin himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna möhtac olan uşaqlarına qulluq etməklə məşğul olan və işləməyən arvad (ər) əmək qabiliyyətindən asılı olmayaraq bu normaya əsasən ailə başçısının ölümünə görə zərər tələb edə bilər. 1121.3.5-ci maddəyə əsasən bu halda zərər ölənin himayəsində olmuş uşaqları  on dörd yaşına çatanadək hesablanmalı və tutulmalıdır. 1121.2-ci maddə isə bu normaya əsasən, zərərin əvəzinin ödənilməsini həmin şəxslərə qulluq qurtardıqdan sonra da tələb etmək hüququ verir.

Ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin ödənilməsi barədə iddia irəli sürülərkən iddia ərizəsində 1121-ci maddənin konkret bəndinə istinad edilib-edilməməsindən asılı olmayaraq məhkəmə tərəfindən  “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən həmin maddənin dispozisiyasında  nəzərdə tutulmuş  əsaslardan hər hansı birinin mövcud olub-olmadığı  tərəflərlə müzakirə edilməlidir.

Ali Məhkəmənin Mülki kollegiyası qeyd edilənlərə əsasən belə nəticəyə gəlib ki, kassasiya şikayəti qismən təmin edilməli, mübahisələndirilən qətnamə ləğv edilərək iş kassasiya instansiya məhkəməsinin göstərişləri nəzərə alınmaqla yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 02 May 2025 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ 350 milyard dollardan çox vəsait ala bilər

01 May 2025 08:28see128

Vens: Uoltsun istefasının Signal messenceri qalmaqalı ilə əlaqəsi yoxdur

02 May 2025 04:22see128

Elməddin Cəfərov: Qurban deyəndə ağla qoyun kəsmək gəlməməlidir

02 May 2025 02:34see128

Microsoftun süni intellekt aləti Recall

02 May 2025 04:02see124

Zamiq Əliyev finalda 120 dəqiqə oynadı

02 May 2025 00:21see122

Lionel Messinin nailiyyətini üstələdi, Kriştiano Ronaldoya yaxınlaşdı

01 May 2025 17:41see122

Sosial yardım adı altında dələduzluq Diqqətli olun!

01 May 2025 20:31see121

Azərbaycan yığmasının məşqçisi: Reqatadakı nəticələrimizin davamını beynəlxalq arenada gətirmək istəyirik

01 May 2025 17:41see120

“Bakı, Təbriz, Ankara, biz hara, farslar hara!” “Traktor” sabah çempion ola bilər

01 May 2025 21:51see119

Zəngin insanlar hansı rənglərdən uzaq durur və nə üçün?

01 May 2025 17:28see118

BMT maliyyə çatışmazlığı səbəbilə genişmiqyaslı islahatlara hazırlaşır

02 May 2025 04:36see118

Sel körpünü dağıtdı

02 May 2025 03:01see117

Səhərlər bir ovuc kişmiş yeyərək ÖMRÜNÜZÜ UZADIN

01 May 2025 20:08see115

Qızıl almaq istəyənlər üçün fürsət sürətlə enir

01 May 2025 09:41see115

Manaf Ağayev oğullarından şikayət etdi

01 May 2025 14:44see114

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda İkinci Forum keçirilir

02 May 2025 10:19see113

25 ölkədən 175 gimnast Bakıda medal uğrunda yarışacaq...

01 May 2025 19:36see112

Aİ də qaz idxalı sabit olaraq qalır

01 May 2025 22:30see112

Trampın müşaviri və müavini vəzifələrindən gedir

01 May 2025 19:30see112

Rusiyada dəhşətli qəzanın görüntüləri: Cənazə maşını yeraltı keçidə çırpılıb, sürücü ölüb

02 May 2025 17:29see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri