Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

ChatGPT də problem yarandı

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Ailə mübahisələrinin həllində din xadimlərinin rolu Yeni təklif müzakirə yaratdı

Ailə mübahisələrinin həllində din xadimlərinin rolu Yeni təklif müzakirə yaratdı

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda ötən ilin on ayı ərzində 42 min 73 nikah və 17 min 907 boşanma halları qeydə alınıb. Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,3-dən 4,9-a düşüb. Boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb. Əsasən də gənc evlənənlər ilk aylarda artıq münaqişələr başlayır. Ötən il ən çox boşanma sayı 5 ilə qədər evli qalanlar arasında baş verib. Yola getməyən ailələr çıxış yolunu boşanmada görürlər. Problemlərin necə həll edilməsi tez-tez müzakirə edilir.

Ötən ay da Azərbaycan Din Xadimlərinin Forumu keçirilib. Forumda müzakirə edilib ki, ailə mübahisələrinin həllində din xadimlərinin rolundan istifadə etmək olar.
Maraqlıdır, din xadimi ailənin problemini həll etməyə kömək edə bilər?
Məsələ ilə bağlı Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı Demokrat.az-a açıqlama verib. 
O qeyd edib ki, 20 ildən çoxdur ki, boşanmaların artması, evliliklərinin azalması prosesi sürətlənib:
“Bunun nəticələrinin belə olacağını hələ 15-20 il bundan qabaq fasiləsiz olaraq deyirdik. Televiziya və mətbuatda həyəcan təbili çalırdıq ki, bu, acınacaqlı nəticələrə gətirəcək. Hazırda o günləri yaşayırıq. Artıq boşanmalar üzrə dünya liderlərindən biriyik. Evlənmələr minimuma düşüb, getdikcə də azalır. Səbəblərə gəldikdə isə iki əsas səbəb var. Mənəvi, əxlaqi deqradasiya və sosial-iqtisadi problemlər. Kapitalizm sistemində keçəndən sonra hər iki sahədə ciddi tənəzzül gedir. Mənəvi dəyərlərimiz məhv edildi. Müasirlik təbliğatı, yeni dəyərlər, azadlıq adı altında bütün mənəvi ikamlarımız, dəyərlərimiz, milli mədəniyyətimiz nə vardırsa, məhv edildi. İnteqrasiya, qadın azadlığı, gender bərabərliyi kimi uydurma sözlərlə bu xalqa mənəvi terror etdilər. Artıq  mənəvi dəyərlər məhv edilir. İnsanlar yalnız ailə qurulmasına maddi baza üzərindən yanaşırlar”.
Sosioloq diqqətə çatdırıb ki, məsələnin ikinci tərəfi sosial-iqtisadi problemlərdir:

“Ölkədə işsizliyin, yoxsulluğun artması, yaşayış şəraitinin çətinləşməsi, evsizliyin olması və müxtəlif bu kimi problemlər gəncləri evlənməkdən çəkindirir. Bu prosesin boşanmalarda da müəyyən rolu var. İnsanlar artıq normal yaşayışlarını təmin edə bilmirlər. Kasıb ailələrdə daha çox söz-söhbət, problemlər yaranır. Axır vaxtlar hər kəs ancaq özü üçün yaşamaq istəyir, heç kim fədəkarlıq etmək istəmir. Bu sistemdə heç bir dəyər yoxdur. Yeganə dəyər yalnız və yalnız puldur. Pul uğrunda aparılan mübarizə də bütün mənəvi dəyərlər, o cümlədən, ailə arxa plana atılır. İnsanlar yalnız həzz, əyləncə və şəxsi maraqları üçün yaşayırlar. Heç bir dövrdə, heç bir cəmiyyətdə bütün ailələr, bütün insanlar imkanlı, varlı ola bilməz. Amma  seriala baxanlar elə bilirlər ki, hamı serialardakı kimi yüksək səviyyədə yaşamalıdır. Bu işin çox saylı psixoloji, sosial, iqtisadi və hüquqi səbəbləri var. Hüquqşünaslar və vəkillər  çalışırlar ki, boşanma halları artsın. Bu dəhşətləri, bu faciələri, bu terroru Azərbaycan xalqının başına gətirən yerin adı televiziyalardır. Bu qlobal bir prosesdir. Məhv olmağa doğru  gedirik. Yalnız köhnə ailələrin hesabına hələ ki, müəyyən bir balans var. Bu gün qurulan hər 100 ailədən minimum 90-ı sabah dağılacaq. Bu məsələdə dini xadimlərinin rolu keçərli olmayacaq. Boşanmaq istəyən şəxslər nə dini, nə din xadimini vecinə alır. Ana-atanın sözünü eşitməyən biri başqa şəxsin sözünü eşitməz. Din xadimlərinin bu məsələyə zərrə qədər təsiri ola bilməz. Elə bir cəmiyyətə dönmüşük ki, dinləri lağa qoyuruq. Ona görə də bu arxadan atılan daşa bənzəyir”.
İlahiyyatçı Ağa Hacıbəylinin sözlərinə görə, boşanma ilə bağlı son illərin statistikası olduqca acınacaqlıdır:

“Ölkəmizdə boşanmaların sayı durmadan artır. Hər işin bir fundamenti, təməli, əsası olur. Dinimiz əslində ailənin təməllərini çox önəmli dəyərlər üzərində inşa edib. Ailə sevgi üzərində qurulur, sədaqətlə davam edir. İslam dinində öncə “hə” alma mədəniyyətimiz var. Bu xalqımızın da içərisində var. Yəni nikah deyilən bir mədəniyyətimiz var, amma nikahdan öncə bir nişanlıq dövrü var. Nişanlıq dövrü nikah dövrü deyil. Yəni bir fərd əgər ailə qurmaq istəyirsə, seçdiyi namizədini nişanlayır. Ona görə bu dövr 2, 3, 5, və 6 ay çəkə bilər. Peyğəmbərimizin (s.a.s)  də  həyatında nişanlıq dövrü olub. Nişanlıq dövrü bir peyğəmbər əxlaqıdır. Bu dövr əsnasında ailələr bir-birini daha yaxından tanıyır, fərdlər bir-birinin xarakterlərinə, xüsusiyyətlərinə, planlarına, gələcəyə baxışlarla ilə tanış olurlar. Belə bir ailənin qurulması uyğun görülərsə, bundan sonra nikah mərasiminə daxil olunur. Nikah dinimiz baxımından çox əhəmiyyətli bir ibadət sayılır. Qurani Kərimin Rum surəsi var.  Rum surəsinin 21-ci ayəsində, uca yaradan ailəni öz ayələrindən biri olaraq göstərir. Fərdlər arasındakı sevgidən, məhəbbətdən danışır. Bundan əlavə iki bədəndə bir ruh olmanı ortaya qoyur. Bu baxımdan, təbii ki, bu qədər dərin və mənalı bir ruhani yol gedən ailə qalasına şeytan çox da müdaxilə edə bilmir”.
İlahiyyatçı nəzərə çatdırıb ki, din xadimlərimiz dinimizdəki olan o xəzinəni xalqımızla paylaşmalıdırlar:
“Din xadimləri bu məsələdə örnək olmalıdır, nümunə olmalıdır ki, onların sözünün verdiyi mesajlarının qarşıdakı insanlara da bir təsiri olsun. Hər halda bu xalq öz dəyərlərinə, öz keçmişinə, kökünə sadiq bir millətdir. Ailə dağılması çox böyük bir təxribatdır. Lakin həmin ailə artıq cəhənnəmi yaşayırsa, bağçası solub gedirsə, onların yeganə çıxış yolu boşanmaqdır. Bu da haram deyil. Əgər fərdlər bir arada, bir yerdə yaşaya bilmirlərsə təbii ki, artıq son qərarlarını verə bilərlər. Amma burada sadəcə bir ailə dağılmır, uşaqların tərbiyəsindən, mənliyindən, mənəviyyətindən tutmuş iki nəsilin arasında böyük bir boşluq yaranır. Peyğəmbərimiz (s.a.s) deyir ki, bir ailənin çöküşü ərşin çöküşüdür”.
Leyla
Demokrat.az
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə gender, ailə və demoqrafiya istiqamətində hazırlanıb.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:147
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 Yanvar 2025 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see223

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see207

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see200

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see183

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see182

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see169

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see168

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see166

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see153

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see150

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see148

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see147

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see142

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see126

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see125

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri