Ailə münasibətlərində mənəvi boşluq... Yevlax rayonunun Havarlı kəndində baş verən ailə dramı yaşanıb
Icma.az, Bizimyol saytına istinadən bildirir.
Hadisə avqustun 26-da qeydə alınıb. İlkin məlumata görə, ata ilə oğul arasında yaranmış mübahisə cinayətlə nəticələnib. 36 yaşlı oğul atasına dəfələrlə bıçaq zərbələri endirib. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən ata həkimlərin bütün səylərinə baxmayaraq, çoxsaylı (10-dan artıq) bıçaq yaralarının təsirindən reanimasiyada dünyasını dəyişib.
Ata-ananın övlad böyütmək üçün çəkdiyi zəhmət və fədakarlıq müqayisəsizdir. İllərlə zəhmət çəkib böyüdülən, min bir əziyyətlə yetişdirilən övladın sonunda valideynin həyatına son qoyması təkcə bir ailənin faciəsi deyil, bütün cəmiyyət üçün ağrılı dərsdir.
Valideyn ömrünü övladının yaxşı böyüməsinə sərf edir, süfrəsini bölüşür, çörəyini əsirgəmir, səhərini-axşamını övladına həsr edir. Amma gün gəlir, o əllər ki, atasının çörəyindən doyub, məhz həmin əllərlə atanın canına qıyılır. Bu, sadəcə bir qətl deyil, həm də insanlıq dəyərlərinin tapdanmasıdır.
Bu kimi hadisələr təkcə ailədaxili münaqişələrin yox, həm də ailə tərbiyəsi, sosial təzyiqlər və emosional idarəetmənin zəifliyinin göstəricisidir. Oğul atasına qıyırsa, burada təkcə bir cinayət faktı yox, həm də böyük mənəvi boşluq görünür.
Yevlaxda yaşanan faciə hər kəsə dərs olmalıdır: övlad böyütmək təkcə yemək-içirməklə deyil, sevgi, anlayış və düzgün tərbiyə ilə mümkündür. Valideynin övladına qoyduğu zəhmət müqəddəsdir və heç bir halda belə bir faciə ilə sonuclanmamalıdır. Cəmiyyət olaraq biz də ailə münasibətlərində zorakılığa, aqressiyaya və dəyərlərin deqradasiyasına laqeyd qalmamalıyıq.
Leyla Mirzə, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 29 Avqust 2025 18:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















