Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi BMT ilə əməkdaşlığı genişləndirir
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 13 noyabr, AZƏRTAC
Dünyada baş verən mürəkkəb proseslər və təhlükəsizlik problemlərinə baxmayaraq, Azərbaycanda sabitliyin və sosial rifahın qorunması mühüm amildir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rezident əlaqələndiricisi Vladanka Andreyeva ilə görüşdə bildirib.
Müxtəlif formatlarda birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən bir sıra layihə və proqramların uğurlu nəticələrindən məmnunluğunu ifadə edən komitə sədri Azərbaycanda iqlim dəyişiklikləri və iqtisadi inkişaf sahələrində davamlı fəaliyyətə, eləcə də bu proseslərdə qadınların fəal iştirakına xüsusi önəm verildiyini vurğulayıb. Həmçinin işğaldan azad olunan ərazilərdə yaradılan şərait və görülən bərpa işlərinin mühüm əhəmiyyəti qeyd edilib.
Bahar Muradova hazırda qadın sahibkarlar təşkilatları ilə əməkdaşlığın genişləndirildiyini bildirib, bu təşkilatların ölkə daxilində, eləcə də türk və İslam ölkələri çərçivəsində şəbəkələrinin formalaşdırılmasının əhəmiyyətini vurğulayıb.
Söhbət zamanı 25 Noyabr - Qadınlara Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü ilə bağlı “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində həyata keçiriləcək tədbirlərdə BMT qurumları ilə birgə fəaliyyətin əhəmiyyətinə də toxunulub.
Azərbaycan Hökuməti ilə BMT arasında imzalanan 2026-2030-cu illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinə diqqət çəkən Vladanka Andreyeva sənədin qarşıdakı beş il üçün tərəfdaşlığın strateji istiqamətlərini müəyyənləşdirdiyini qeyd edib. O, Çərçivə Sənədinin icrası çərçivəsində ailə, qadın və uşaq hüquqları sahəsində Dövlət Komitəsi ilə əməkdaşlığın xüsusi önəm daşıdığını vurğulayıb.
Görüşdə, eyni zamanda, qadınların səlahiyyətləndirilməsi, habelə onların dayanıqlı inkişaf, iqtisadi artım, sülh və təhlükəsizlik məsələləri, digər sahələrdəki önəmli rolu barədə danışılıb.
Həmçinin ikitərəfli əməkdaşlığın perspektivləri, həmçinin qarşıdakı dövr üçün mühüm istiqamətlər haqqında faydalı fikir mübadiləsi ilə davam edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 13 Noyabr 2025 19:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















