Icma.az
close
up
RU
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində uşaqlarla görüş keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində uşaqlarla görüş keçirilib

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 19 noyabr, AZƏRTAC

“Uşaq Hüquqları Aylığı” çərçivəsində “Regional İnkişaf “İctimai Birliyinin təşəbbüsü və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aidiyyəti qurumlarla birgə təşkilatçılığı ilə həyata keçirilən “Hüquqlarınla parla!” layihəsi çərçivəsində komitə sədri Bahar Muradova fəal uşaqlarla görüş keçirib.

AZƏRTAC xəbər verir ki, “Regional İnkişaf “İctimai Birliyinin Beynəlxalq Təşkilatlarla Əməkdaşlıq şöbəsinin müdiri Gülbağda Leysanova Hacıyeva layihə haqqında ətraflı məlumat verərək, bildirib ki, görüşün məqsədi uşaqların hüquqlarına diqqət yönəltmək, onların səsini eşitmək və bu sahədə ölkəmizdə aparılan mühüm təşəbbüsləri geniş ictimaiyyətə təqdim etməkdir. O bildirib ki, layihə Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması və “Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiya”nın həyata keçirilməsi çərçivəsində hazırlanıb.

Daha sonra Dövlət Komitəsinin sədri Bahar Muradova çıxış edərək, uşaqlarla görüşlərin hər zaman xüsusi maraqla qarşılandığını bildirib. O qeyd edib ki, uşaqların düşüncəsində olan yenilik və dinamizm cəmiyyət üçün mühüm əhəmiyyət daşıyır.

B.Muradova dünyada baş verən proseslərin sürətlə dəyişdiyini, gözlənilməz hadisələrin cəmiyyətlərin, ailələrin və dövlətlərin həyatına ciddi təsir göstərdiyini qeyd edib. Bu çağırışlar fonunda dövlətlərin və idarəetmə sistemlərinin çevik və dinamik olmasının vacibliyini vurğulayan sədr, qlobal proseslərə operativ reaksiya verməyin zəruriliyini diqqətə çatdırıb.

Komitə sədri hazırda dünyada çoxsaylı münaqişələrin, aktiv müharibələrin və döyüş əməliyyatlarının davam etdiyini, bu proseslərdə ən çox zərər çəkənlərin ailələr, xüsusilə qadın və uşaqlar olduğunu bildirib. O, Azərbaycanın da uzun illər münaqişədən əziyyət çəkdiyini xatırladaraq, ölkənin bütün çətinliklərə baxmayaraq doğru yol seçdiyini, ərazi bütövlüyünü bərpa etdiyini və sülhün əldə olunması üçün ciddi səylər göstərdiyini vurğulayıb.

Daha sonra uşaqların suallarını cavablandıran Bahar Muradova rəqəmsallaşma dövründə uşaqların zərərli informasiyadan qorunması, onların kibertəhlükəsizliyinin gücləndirilməsi və süni intellekt texnologiyalarından səmərəli istifadənin təşviqi ilə bağlı tövsiyələrini bölüşüb.

O, həmçinin uşaqların qərar qəbuletmə prosesinə cəlb olunmasının əhəmiyyətini vurğulayaraq, Ümumrespublika Uşaq Forumlarının bu istiqamətdə mühüm platforma rolunu oynadığını qeyd edib. Muradova bildirib ki, bu forumlar uşaqların öz fikirlərini sərbəst ifadə etməsi, onların sosial fəallığının artırılması və dövlət qurumları ilə açıq dialoqun qurulması baxımından əhəmiyyət daşıyır.

Tədbirin sonunda xatirə fotosu çəkdirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2025 03:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see730

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see566

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see562

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see324

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see316

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see310

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see279

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see277

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see271

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see265

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see265

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see264

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see264

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see263

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see260

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see238

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see219

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see215

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see212

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri