Icma.az
close
up
RU
“Ailə toxunulmazdır, qadına hörmət isə müzakirə predmeti deyil”

“Ailə toxunulmazdır, qadına hörmət isə müzakirə predmeti deyil”

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

“Dövlətçilik prinsipləri, qələbələri fonunda şəxsi həyata hücümlar, qarayaxmalar qətiyyən yolverilməzdir. Vətən müharibəsində Cənab Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə nəticəsində torpaqlarımız işğaldan azad edilmiş, müstəqillik tariximizdə ilk dəfə olaraq ölkəmizin ərazi bütövlüyü tam şəkildə bərpa olunmuşdur. Bu Qələbə Azərbaycan dövlətçiliyinin gücünü, xalq–ordu–lider birliyini və milli iradənin sarsılmazlığını bütün dünyaya nümayiş etdirmişdir”.

KONKRET.az xəbər verir ki, bu fikirləri tanınmış diplomat Daşqın Şikarov səsləndirib.

“Məhz bu reallıqlar fonunda Azərbaycanın güclənməsi, suverenliyinin möhkəmlənməsi və beynəlxalq müstəvidə artan nüfuzu ölkəmizi sevməyən, anti-Azərbaycan mövqedə dayanan dairələrdə açıq narahatlıq və ciddi qıcıq yaratmışdır. Bu qıcıq isə müxtəlif formalarda – informasiya manipulyasiyaları, qarayaxmalar, təxribat xarakterli yanaşmalar və etik sərhədlərin bilərəkdən kobud şəkildə aşılması ilə müşahidə olunur.

Son dövrlərdə sosial media məkanında Cənab Prezidentin ailə üzvləri, xüsusilə də övladı Heydər Əliyevin xanımı Alyona Əliyeva haqqında yayılan qarayaxmalar bu qərəzli və qeyri-etik yanaşmanın açıq təzahürüdür. Azərbaycan mentalitetində ailə toxunulmazdır, qadına hörmət isə müzakirə predmeti deyil. Bu prinsiplərin pozulması cəmiyyətimizin mənəvi dəyərlərinə açıq hörmətsizlikdir. Cəmiyyət bu kimi təxribat xarakterli cəhdlərə qarşı aydın və qəti mövqe ortaya qoymalı, etik və hüquqi sərhədlərin aşılmasına yol verilməməlidir. Bu cür davranışlar, qarayaxmalar açıq şəkildə hüquqi dövlət prinsiplərinin və mənəvi normaların kobud şəkildə pozulmasıdır.

Azərbaycan Respublikası Konstitusiyası hər bir vətəndaşın şəxsi həyatının toxunulmazlığını təmin edir. Bu hüququn məqsədli şəkildə pozulması hüquqi məsuliyyət yaradır. Azərbaycan cəmiyyətində ailə müqəddəsdir, qadına hörmət isə milli dəyərdir. Bu dəyərlərə qarşı yönəlmiş hər hansı hücum, qarayaxma təkcə konkret şəxslərə deyil, bütövlükdə cəmiyyətimizin mənəvi əsaslarına qarşı yönəlmiş böyük hörmətsizlikdir”.

Diplomat qeyd edib ki, xüsusilə, Azərbaycanın tarixi Qələbələri fonunda milli birliyi hədəfə alan, dövlətin nüfuzunu sarsıtmağa və cəmiyyətdə mənəvi aşınma yaratmağa çalışan bu cür cəhdlər qətiyyətlə rədd edilməlidir:

“Dövlətçilik düşüncəsi tələb edir ki, cəmiyyət bu tip təxribatlara qarşı susqun qalmasın, hüquqi və etik çərçivələrdən kənara çıxan davranışlara qarşı prinsipial və sərt mövqe ortaya qoysun.

Şəxsi həyatın toxunulmazlığı müzakirə mövzusu deyil. Bu, hüquqi dövlətin, sağlam cəmiyyətin və Azərbaycan mentalitetinin dəyişməz prinsipidir”.

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:62
embedMənbə:https://konkret.az
archiveBu xəbər 30 Yanvar 2026 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see432

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see208

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see201

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see198

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see193

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see176

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see174

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see174

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see170

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see166

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see164

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see163

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see162

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see157

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see147

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see141

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see140

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see140

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see138

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri