Ailə vəzifələri olan işçilərin işdən çıxarılması cinayət məsuliyyəti yaratsın TƏKLİF
Icma.az, Adelet.az portalına istinadən məlumatı açıqlayır.
Ailə vəzifələri olan işçilərlə bağlı anlayışın qanunvericiliyə daxil edilməsi xüsusi diqqətəlayiqdir.
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında Əmək Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyib.
O bildirib ki, artıq işçilər təkcə cinsinə, ailə vəziyyətinə və digər əlamətlərinə görə deyil, ailə vəzifələrinə görə də hər hansı ayrı-seçkiliyə məruz qala bilməzlər:
“Hətta hesab edirəm ki, gələcək mərhələdə bu yanaşma Cinayət Məcəlləsində də əksini tapa bilər. Məlumdur ki, Cinayət Məcəlləsinin 164-cü maddəsində hamilə qadınlarla, himayəsində üç yaşınadək uşağı olan şəxslərlə, eləcə də üç yaşınadək uşağı təkbaşına böyüdən atalarla əmək müqaviləsinə xitam verilməsi qadağan olunur və bu əmələ görə cinayət məsuliyyəti nəzərdə tutulur. Təklif edərdik ki, növbəti mərhələdə bu kateqoriyalar genişləndirilsin və ümumilikdə ailə vəzifələri olan işçilərlə əmək müqaviləsinə xitam verilməsinə görə cinayət məsuliyyəti müəyyən edilsin. Bu, Əmək Məcəlləsində nəzərdə tutulan normaları daha da gücləndirərdi”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:25
Bu xəbər 17 Dekabr 2025 16:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















